ABЕћ nümayəndələri QHT-lərə Dövlət Dəstəyi Ећurasında olublar

25-11-2015, 18:55
824

http://www.azerbaijan-news.az/images/contents/89627e3bbbda11ed700e3f1ddd34bcd7.jpg


ABЕћ Dövlət Departamentinin Avropa və Avrasiya ölkələrinə yardımlar üzrə koordinatoru xanım Alina Ramanovski, ABЕћ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Bakıdakı nümayəndəliyinin rəhbəri xanım Mikaela Meredis və Birləşmiş Ећtatların səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Ећurasında olublar.
Ећuranın sədri, Milli Məclisin deputatı Azay Quliyev ilə keçirilən görüşdə Alina Ramanovski xarici donorların yerli QHT-lərə qrant vəsaiti ayırmalarının hüquqi əsasları haqqında mövcud vəziyyətlə maraqlanıb.
Ећura sədri "Qrant haqqında" qanuna edilmiş əlavə və dəyişikliklərin mahiyyəti haqqında qonaqlara məlumat verib. O, ABЕћ Dövlət Departamentinin Dağlıq Qarabağa birbaşa yardımına da toxunaraq ölkə ictimaiyyətinin bunu ciddi narahatlıqla qarşıladığını diqqətə çatdırıb. Bildirib ki, xarici ölkələr tərəfindən Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə rəsmi Bakının razılığı olmadan edilən istənilən yardım və yaxud səfər beynəlxalq hüquq normalarına ziddir və qəbuledilməzdir.
Mikaela Meredis Ећura ilə əməkdaşlığı yüksək qiymətləndirib və tərəfdaşlarının üzləşdiyi çətinliklərin həllində bu qurumun rolunu qeyd edib.
Sonda tərəflər müzakirə olunan məsələlərlə bağlı dialoqun və əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini qeyd ediblər.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: