Son dəqiqə:

Fövqəladə hallar naziri Qazaxda vətəndaşları qəbul edəcək

25-11-2015, 19:10
519

http://www.azerbaijan-news.az/images/contents/6ddb6e4946564a51b6c3d8414270a4a3.jpg


Noyabrın 27-də saat 11.00-dan Qazax şəhərindəki Olimpiya İdman Kompleksində fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən vətəndaşların qəbulu keçiriləcək.
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, qəbulda yalnız Qazax, Ağstafa, Tovuz, Ећəmkir rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşların qeydiyyatı Qazax Olimpiya İdman Kompleksinin inzibati binasında noyabrın 26-da saat 09.00-da başlayacaq.
Vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: