Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib

2-12-2015, 19:30
764

http://www.azerbaijan-news.az/images/contents/091c4b8884ba74af50068db168a3adf6.jpg


Dekabrın 2-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitənin sədri Ziyad Səmədzadə iclasın gündəliyinə 7 məsələnin daxil edildiyini, bunlardan üçünün beynəlxalq sazişlər olduğunu bildirib. O deyib ki, Azərbaycan və Vyetnam hökumətləri arasında hava əlaqələri haqqında, o cümlədən bu ölkə ilə gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım barədə, həmçinin San Marino hökuməti ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər ölkəmizin beynəlxalq münasibətlərinin inkişafına xidmət edir.
Bildirilib ki, gündəlikdəki digər məsələlər Ticarət Gəmiçiliyi Məcəlləsinə, "Dövlət rüsumu haqqında", "Təbii inhisarlar haqqında" və "Gömrük tarifi haqqında" qanunlara dəyişikliklər edilməsi barədədir. Bu dörd qanuna təklif olunan dəyişikliklər "Dəniz limanları haqqında" Qanunun tətbiqini və "Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 may tarixli Fərmanının icrasını təmin etmək məqsədilə hazırlanıb.
Deputatların fikirləri dinlənildikdən sonra gündəlikdəki 7 məsələnin hamısı Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: