YAP Səbail rayon təşkilatı İdarə Heyəti və Rayon Ећurası üzvlərinin yığıncağı olub

5-12-2015, 09:30
636

http://www.azerbaijan-news.az/images/contents/8ef7eb92693dbaa99bd25b6044fbe396.jpg


Dekabrın 4-də Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı İdarə Heyəti və Rayon Ећurası üzvlərinin geniş yığıncağı keçirilib. Yığıncaqda YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Ећəmsəddin Hacıyev noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərin nəticələri barədə danışıb. O, parlament seçkilərinin ədalətli, demokratik, şəffaf keçdiyini bildirib. Əvvəlki seçkilərdə olduğu kimi, bu seçkilərdə də YAP parlaq qələbə qazanıb. Seçkilərdə vətəndaşların, YAP-ın müşahidəçilərinin fəallığı yüksək səviyyədə olub. Seçkiləri 70 minə yaxın yerli, 500-dən çox beynəlxalq müşahidəçi izləyib. Müşahidəçilər Azərbaycanda seçkilərin yüksək səviyyədə keçdiyini bildiriblər.
Beşinci çağırış Milli Məclisin ilk iclasında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışını xatırladan YAP Səbail rayon təşkilatının sədri dövlətimizin başçısı tərəfindən parlamentin qarşısında dünyada gedən proseslərə uyğun olaraq yeni tələblər, yeni hədəflər qoyulduğunu deyib.
İclasda seçkilərdə fəallığına görə seçilən partiya üzvləri Fəxri Fərmanla təltif olunub.
Daha sonra YAP-a üzvlük vəsiqəsinin bərpası və hüquq mühafizə orqanlarına işə keçməklə əlaqədar YAP-dakı üzvlük səlahiyyətlərinin müvəqqəti dayandırılması barədə müraciətlərə baxılıb.
Sonda cari məsələlər müzakirə olunub və qarşıdakı vəzifələr barədə fikir mübadiləsi aparılıb.

Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: