Son dəqiqə:

Fransada ifrat sağçılar regional seçkilərdə məğlub oldular

15-12-2015, 03:30
428

http://www.azerbaijan-news.az/images/contents/f6853ec6cd9cf3f61f77d83b7cf565b7.jpg


Fransada yerli hakimiyyət orqanlarına seçkilərin ikinci turunda ölkənin eks-prezidenti Nikola Sarkozinin başçılıq etdiyi "Respublikaçılar" qələbə qazanmışdır. Bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı xəbər verir.
Ümumilikdə "Respublikaçılar" ölkə üzrə seçkilərdə 40,63 faiz səs toplamışdır. Fransua Ollandın Sosialist Partiyası səslərin 29,14 faizini qazanmışdır. Marin Le Penin ifrat sağçı Milli Cəbhəsinə seçicilərin 27,36 faizi səs vermişdir.
"Respublikaçılar" 13 regionun 7-sində qalib gəlmişlər. Beş regionda Sosialist Partiyası qələbə qazanmışdır. Korsikada isə seçicilər yerli millətçilərə səs vermişlər.
Məğlubiyyətini etiraf edən Le Pen demişdir: "Milli Cəbhə regional parlamentlərdəki nümayəndələrinin sayını üç dəfə artıra bilmişdir və əsas müxalif qüvvə olacaq. Bizi heç nə dayandırmayacaq".
Xatırladaq ki, 2017-ci ildə keçiriləcək parlament və prezident seçkilərinin məşqi hesab olunan regional seçkilərin birinci turunda Le Penin partiyası liderlik edirdi. Seçkilərdə 1910 mandat uğrunda 170 partiya və seçki blokundan 21400-dən çox namizəd mübarizə aparırdı.

Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: