Tofiq Bakıxanovun 85 illiyinə həsr olunmuş festival çərçivəsində elmi konfrans

15-12-2015, 19:15
840

http://www.azerbaijan-news.az/images/contents/306d2d486ee8aa9f3816e3b6d3947fa2.jpg


Dekabrın 15-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) görkəmli bəstəkar, Xalq Artisti, professor Tofiq Bakıxanovun 85 illiyinə həsr olunmuş festival çərçivəsində elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, ABİ-nin sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə çıxış edərək Tofiq Bakıxanovun yaradıcılığına həsr olunmuş festival barədə məlumat verib. Bildirib ki, festival çərçivəsində bir çox konsertlər təşkil edilib.
Bildirilib ki, Tofiq Bakıxanov yaradıcılığı bənzərsizdir. O, professional bir sənətkar kimi musiqinin bütün janrlarına müraciət edib, bir-birindən gözəl əsərlər yaradıb. Onun insanların ruhunu oxşayan ecazkar musiqi əsərləri ilk dövrlərdən başlayaraq insanlar, xalqlar və ölkələr arasında dostluğu, qardaşlığı və sülhü təbliğ edib. Xüsusilə, rus, gürcü, özbək, qazax şairlərinin əsərlərinə onlarca musiqi yazıb.
Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Zemfira Qafarova çıxışında qeyd edib ki, T.Bakıxanov milli tariximizə onlarla ali rütbəli hərbçi, ictimai və mədəniyyət xadimləri bəxş etmiş nəslin ənənələrini ləyaqətlə davam etdirərək Azərbaycan incəsənətinə əvəzsiz töhfələr verib.
Vurğulanıb ki, 1930-cu ildə Xalq Artisti Əhmədağa Bakıxanovun ailəsində dünyaya göz açmış Tofiq Bakıxanov mükəmməl musiqi təhsili alıb, Azərbaycan və dünya klassik musiqi ənənələrini mənimsəyib. İstər gəncliyində, istərsə də ömrünün ixtiyar çağlarında musiqimizi dünyanın bir çox ölkələrində təbliğ edib. Hələ erkən gənclik illərində skripka ifaçısı kimi də tanınan böyük sənətkar yorulmadan bir çox səhnə əsərlərinə musiqi yazıb, baletlər, simfonik əsərlər, simfonik muğamlar, çoxlu sayda kamera-instrumental və kamera-vokal əsərləri, mahnılar, romanslar bəstələyib.
Qeyd edilib ki, onun böyük yaradıcılıq yolu bəstəkar, ifaçı və pedaqoq kimi sənətə fədakarcasına bağlılıq nümunəsidir. Əsərlərinin məzmunu özünəməxsus xüsusiyyətlərə malikdir. Müasir insanın obrazı, onun zəngin daxili aləmi və işıqlı, nikbin dünya duyumunun təsviri əsərlərinin əsas məzmununu təşkil edir.
Əməkdar İncəsənət xadimləri, professorlar İmruz Əfəndiyeva "Qüdsinin musiqi dünyası", Telman Hacıyev "Estetiçeskoe kredo Tofika Bakıxanova", Bakı Musiqi Akademiyasının dosenti Hökümə Əliyeva "Tofiq Bakıxanovun skripka və fortepiano üçün "Ећərq sonataları" təcəssümü", Abbasqulu Ağa Bakıxanov adına mükafatın laureatı Həsən Cəbrayılov "Bakıxanovlar ekranda", Nərminə Bayraməlibəyli "Simfoniçeskiy muqam "Neva" Tofika Bakıxanova i eqo fakturnıx osobennostyax", filologiya üzrə fəlsəfə doktoru Gülzar İbrahimqızı "Bakıxanovlar nəslinin varisi Tofiq Bakıxanov", Əməkdar Jurnalist İttifaq Mirzəbəyli "Tofiq Bakıxanovun yaradıcılığında Naxçıvan mövzuları", Əhsən Rəhmanlı "Tofiq Bakıxanov yaradıcılığında qarmon" və Aleksandriya Sultanzade fon Bryuseldorf (ABЕћ) "Muzıka i politika: Kultura i diplomatiya - Azerbaydjan i Amerika" mövzularında çıxışlar ediblər.
Sonda görkəmli sənətkar Tofiq Bakıxanov çıxış edərək tədbir iştirakçılarına öz dərin təşəkkürünü bildirib.

Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: