Külli miqdarda qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb

16-12-2015, 15:45
535

http://www.azerbaijan-news.az/images/contents/0a5eca99185fc6d6d18aaa4fa6d4cb7f.jpg


Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları qaçaqmalçılığın qarşısının alınması istiqamətində fəaliyyətlərini uğurla davam etdirirlər.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, sərhədçilərin sayıqlığı nəticəsində külli miqdarda qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Dekabrın 12-də saat 01 radələrində Biləsuvar rayonunun Biləsuvar kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində əldə olunmuş məlumat əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayonunun Alvadı kənd sakini Rufullayev Dövlət Ећamil oğlu dövlət sərhədindən qaçaq yolla Azərbaycan Respublikasına gətirilmiş 1500 qutu "MM" siqaretini gizlədilmiş yerdən götürərkən saxlanılıb.
Həmin gün saat 22:40 radələrində Balakən rayonu Mazımçay kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadlarının sayıqlığı sayəsində 12 min 600 ədəd pirotexniki vasitəni dövlət sərhədindən qaçaq yolla Azərbaycan Respublikasına gətirərkən Balakən rayon sakinləri Əliyev Ramazan Aydın oğlu, Doldolov Fəqan Nəriman oğlu və Nastakalov İlham İzzət oğlu saxlanılıblar.
Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: