"Ећahdəniz-2" ilk qazı 2018-ci ildə qarşılamaq üçün inamla irəliləyir

17-12-2015, 10:00
769

http://www.azerbaijan-news.az/images/contents/f2df0ee0acaaab9e8285b39e202c4042.jpg


Bu layihənin yekun investisiya qərarının verilməsindən 2 il ötür

2013-cü il dekabrın 17-də Xəzərin Azərbaycan sektorundakı "Ећahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi üçün yekun investisiya qərarı verildi və bununla "Cənub" qaz dəhlizinin reallaşması qarşısında yaşıl işıq yandırıldı. Bu mərhələ çərçivəsində ildə 16 milyard kubmetr qaz hasil ediləcəyi nəzərdə tutulur ki, onun da 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri Avropaya nəql olunacaq.
Bunun üçün Azərbaycanın və Gürcüstanın ərazisi boyu uzanan Cənubi Qafqaz Boru Kəməri (CQBK) genişləndirilir. Türkiyə ərazisində Transanadolu Boru Kəməri tikilir. Avropaya isə qazı Yunanıstan və Albaniya ərazisindən keçərək İtaliyaya çatan Transadriatik Qaz Boru Kəməri nəql edəcək. Beləliklə, Azərbaycan qazı bir-birinə calanan üç kəmərlə Xəzərdən Adriatik dənizinə çatacaq və onun altından keçərək İtaliya torpağına çıxacaq.
"Ећahdəniz-2" və "Cənub" qaz dəhlizi layihələri birlikdə dünyanın neft-qaz sənayesində indiyədək həyata keçirilmiş ən böyük və ən mürəkkəb layihələrdən sayılır. Mütəxəssislər bu layihələri bir neçə amilə görə önəmli hesab edirlər. Əvvəla, Azərbaycanda və onun timsalında bütün regionda ilk dəfədir belə nəhəng miqyaslı layihə icra olunur. Ölkəmiz bu layihə ilə zəngin qaz ehtiyatlarının istismarına başlayacaq ki, bu da bütün regionun gələcəyinə geniş yol açacaq. İkincisi, bu layihə Azərbaycanı Avropa üçün mühüm enerji təchizatçısına çevirəcək. Nəhayət, "Ећahdəniz-2" Xəzər regionu ilə Avropa bazarlarını bir-birinə bağlayacaq. Xəzər dənizindən Avropanın mərkəzinə qədər olan ərazidəki bir çox ölkələrə mənfəət gətirəcək. Bu layihəni "XXI əsrin müqaviləsi" də adlandırırlar.
"Ећahdəniz-2" layihəsinin yekun investisiya qərarının imzalanması mərasimində Prezident İlham Əliyev demişdir: "Bu layihə regionun və Avropanın enerji xəritəsini dəyişdirəcək. Azərbaycanın qaz ehtiyatları bu sərvəti gözləməkdə olan bazarlara nəql ediləcəkdir. Bizim hesablarımıza görə, Azərbaycanın qaz ehtiyatı
3 trilyon kubmetrə bərabərdir".
Xatırladaq ki, "Ећahdəniz" yatağı sahildən təxminən 70 kilometr cənubda yerləşir. Yatağın kəşfiyyatı, işlənməsi və Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) 1996-cı il iyunun 4-də imzalanıb. Saziş Milli Məclis tərəfindən ratifikasiya edilib və həmin il oktyabrın 17-də qüvvəyə minib. Növbəti ildə isə yataqda üçölçülü tədqiqatlar aparılıb. 1999-cu ilin iyun ayında burada birinci kəşfiyyat quyusunun qazılması tamamlanıb. Elə həmin il bu yatağın kəşf olunduğu tarix hesab edilir. Ümumiyyətlə, 1997-2001-ci illər ərzində yataqda qazılmış kəşfiyyat və qiymətləndirmə quyuları burada dünya səviyyəli qaz-kondensat yatağının olduğunu təsdiqləyib.
"Ећahdəniz"də iştirak payları belədir: BP (operator - 28,8 faiz), AzЕћD (10 faiz), "Cənub Qaz Dəhlizi Apstrim" (6,7 faiz), "Petronas" (15,5 faiz), "LUKoyl" (10 faiz), NİKO (10 faiz) və TPAO (19 faiz).
Artıq 10 ilə yaxındır "Ећahdəniz"in birinci mərhələsindən Azərbaycan, Gürcüstan və Türkiyə qaz alır. İkinci mərhələdə isə Azərbaycan qazını dünya bazarlarına aparan yollar xeyli şaxələnəcək. Odur ki, bu mərhələ genişmiqyaslı işlərin həyata keçirilməsini tələb edir. Dənizdə, yatağın ərazisində yan-yana iki platforma quraşdırılacaq və onlar bir-birinə körpü ilə birləşdiriləcək. Quruda, Səngəçal terminalında isə qazı qəbul etmək üçün yeni texniki emal və kompressor qurğuları tikiləcək.
Hazırda "Ећahdəniz-2"nin tikinti işləri geniş vüsət alıb. Yataqda quraşdırılacaq hər iki platformanın dayaq blokları bu sahədə böyük səriştəsi və zəngin təcrübəsi olan Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) tikilir. Platformanın üst modulları isə Bakının Bibiheybət ərazisindəki ATA ("AMEK-Tekfen-Azfen") tikinti-quraşdırma sahəsində inşa edilir.
Bu ilin əvvəlindən "Ећahdəniz-2" irəliləyişini davam etdirərək bir sıra hədəflərə qrafikdən əvvəl nail olub. Hazırda mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla layihə üzrə işlərin ümumilikdə yarısı tamamlanıb. Ölkədəki bütün tikinti-quraşdırma və istehsalat sahələrində - həm dənizdə, həm də quruda, o cümlədən Səngəçal terminalında, ATA-da, BDÖZ-də və CQBK marşrutu boyunca irimiqyaslı işlər aparılır.
Üçüncü rübdə layihə daha bir mühüm irəliləyişə nail olub - Bakı Gəmiqayırma zavodunda inşa edilən "Xankəndi" sualtı tikinti gəmisi üçün iki iri gövdə hissəsi Sinqapurdan yola salınıb. Onların ümumi çəkisi 10800 ton, uzunluğu 140 metr, eni 16 metr, hündürlüyü 17 metrdir. İnşası başa çatdıqdan sonra yeni gəmi "Ећahdəniz-2" sahəsinə aparılacaq və orada sualtı qurğuların tikintisini icra edəcək.
"Ећahdəniz-2"nin ərazisində isə öncəqazma proqramı həyata keçirilir. "İstiqlal" və "Heydər Əliyev" qurğuları artıq ilk qazın hasilatına və sonradan tədricən artırılmasına hazırlıq çərçivəsində 8 hasilat quyusu qazıb.
Bütün bu işlərdə Azərbaycanda 18 mindən çox insan çalışır. Onların 85 faizdən çoxu ölkəmizin vətəndaşıdır.
"Ећahdəniz-2" ilk qazı nəzərdə tutulduğu vaxt - 2018-ci ildə qarşılamaq üçün uğurla və inamla irəliləyir.

Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: