Ећəmkirin sənaye potensialı güclənir

17-12-2015, 11:00
730

http://www.azerbaijan-news.az/images/contents/262c55357dfcb68a01c0d16037cb2311.jpg


Ећəmkir rayonunda bir-birindən dəyərli işlər görülür. Yeni obyektlər tikilir, iş yerləri açılır. Təkcə Ећəmkir Aqroparkın layihəsinə 30 milyon manatdan çox investisiya qoyulmuşdur. 3 min nəfərin işləyəcəyi aqroparkda müasir texnologiyaların tətbiqi ilə istehsal, emal, saxlama, qablaşdırma, markalama, daşınma, daxili və xarici bazarlarda satışın təşkili üzrə sahələr yaradılır. Geniş sahəni əhatə edən "Ећəmkir səbət" tədarük- satış bazasında son tamamlama işləri gedir.
Ећəmkir bələdiyyəsi tərəfindən Ceyrançöldə 2 min hektar sahədə nümunəvi taxılçılıq və bitkiçilik təsərrüfatı yaradılır. Üstəlik, regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq əhalinin keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi üçün qış otlaq sahəsində nümunəvi təsərrüfatın yaradılmasına başlanılmışdır. Bu məqsədlə müasir tələblərə cavab verən "NEW Holland" markalı 10 traktor, 39 adda müxtəlif kənd təsərrüfatı texnikası və avadanlıq alınmışdır. Həmçinin 25 kilometr məsafəyə ötürücü və təsərrüfatdaxili su xətlərinin çəkilişi başa çatmışdır. Yeni yaradılan təsərrüfatda ilkin olaraq 200 hektar payızlıq taxıl, 105 hektar müxtəlif növ tərəvəz əkilmişdir. Eyni zamanda geniş sahələrdə əkiləcək qarğıdalı və digər dənli bitkiləri suvarmaq üçün ABЕћ-ın "Lindsay" şirkətinin istehsalı olan 14 kompleks suvarma şəbəkəsinin quraşdırılmasına başlanılmışdır.
Rayonda diqqəti cəlb edən mühüm obyektlərdən biri də Zəyəm Texnologiyalar Parkıdır. Müəssisənin ərazisi 7,1 hektardır. Hazırda mexaniki bölmə, rəngləmə və hazırlıq sexləri fəaliyyət göstərir. Yaxın günlərdə daha 3 sex istifadəyə veriləcək.
Park Avropa və Asiyanın ən tanınmış müəssisələrində istehsal edilən müasir avadanlıqla təchiz olunur. Artıq presləmə, boruları əyən, çənləri və boruları qaynaq edən qurğular, metal konstruksiyaları kəsən müasir avadanlıq quraşdırılmışdır. Onu da bildirək ki, son bir neçə ay ərzində "Zəyəm" ASC-yə 4 min tona yaxın xammal idxal edilmişdir. Hazır məhsullar həm daxili, həm də xarici bazarlara ixrac olunur.
Parkda tikinti-quraşdırma və istehsalat sahələrində 95 nəfər daimi işçi çalışır. Nəzərdə tutulan yeni sexlər istifadəyə verildikdən sonra daha 250 nəfər işlə təmin olunacaq.

Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: