Sumqayıt Kimya Sənaye Parkına 1 milyard manatdan çox investisiya cəlb ediləcək

18-12-2015, 23:00
598

http://www.azerbaijan-news.az/images/contents/ea68c64bc6ebf9e378eb01fcc520bd0c.jpg


Sumqayıt Kimya Sənaye Parkına rezidentlər tərəfindən istehsal müəssisələrinin qurulmasına 1 milyard manatdan çox investisiya cəlb edilməsi nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramının icrası: sənaye parkları və sənaye məhəllələri" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
"Qaradağ Sənaye Parkının rezidenti olan "Bakı Gəmiqayırma" MMC tərəfindən müqavilə dəyəri 40 milyon ABЕћ dolları olan sifariş əsasında yarımdalma qazma qurğusunun pontonlarının tikintisi başa çatdırılaraq təhvil verilib. Hazırda ümumi dəyəri 400 milyon dollardan çox sifarişlər mövcuddur və bu sifarişlərin icrası istiqamətində işlər davam etdirilir", - deyə N. Səfərov diqqətə çatdırıb.

Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: