Aqrar Universitetdə fermerlər daha bir seminarda iştirak edib

19-12-2015, 13:00
874

http://s018.radikal.ru/i501/1512/2a/583655ba45cc.png

http://s020.radikal.ru/i710/1512/1e/4f45dec31bbc.png


Azərbaycan Dövlət Aqrar Universitetin Aqranomluq fakültəsində, professor Faiq Məmmədov adına auditoriyada AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun İmmunogenetika şöbəsinin böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Eldar Mustafayev FAO-nun Kənd Təsərrüfatı Nazirliyi ilə birgə lahiyəsi çərçivəsində kartof sahələrində yayılmış virus xəstəlikləri mövzusunda daha bir seminar keçirib.
ADAU-nun mətbuat xidmətindən verilən xəbərə görə, Göy göl, Gədəbəy, Samux, Ећəmkir, Tovuz rayonlarının fermerlərinin iştirakı ilə keçirilən semminarda Azərbaycanda kartof bitkisində yayılmış virus xəstəlikləri barədə geniş məlumat verilib, onlarla əkin sahələrinin hazırkı vəziyyəti və real problemlər Aqrar universitetin müəllim və tələbə heyyətinin iştirakı ilə geniş müzakirə olunub, fermerləri düşündürən suallar cavablandırılıb. Onların təklif və xahişləri ilə belə seminarların bölgələrdə tez-tez keçirilməsinə qərar verilib.
Seminar Genetik Ehtiyatlar İnstitutu ilə ADAU arasında bağlanan müqavilə əsasında təşkil olunub.

Qalib Rəhimli,
ADAU-nun Mətbuat Xidmətinin rəhbəri


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: