Berndə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olub

19-12-2015, 19:30
817

http://s006.radikal.ru/i214/1512/c4/90e17e4d5423.jpg


ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə İsveçrə Konfederasiyasının Bern şəhərində keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə iştirak etmək üçün Bern şəhərində səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Ermənistan Prezidenti Serj Sarkisyan arasında görüş keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrə Federal hökumətinin üzvü, Xarici İşlər Departamentinin rəhbəri Didye Burkhalterlə görüşüb.
Görüşdən sonra birgə foto çəkdirilib.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Prezidenti Serj Sarkisyanın görüşü olub.
Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi iştirak ediblər.
Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrə Konfederasiyasına səfəri dekabrın 19-da başa çatıb.

Mənbə: http://www..president.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: