Son dəqiqə:

Fövqəladə hallar naziri Ећabran şəhərində vətəndaşları qəbul edəcək

23-12-2015, 15:00
421

http://www.azerbaijan-news.az/images/contents/3166c3a98cfedff26ef89f28cf1ba262.jpg


Dekabrın 25-də saat 11.00-dan Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən Ећabran Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında vətəndaşların qəbulu keçiriləcək.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda yalnız Ећabran, Quba, Qusar, Xaçmaz, Siyəzən rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.
Vətəndaşların qeydiyyatı dekabrın 24-də saat 9.00-da Ећabran Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında (ünvan: Ећabran şəhəri, M.Ə.Rəsulzadə küçəsi 75) başlayacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Əlaqə telefonu: +994 (12) 512-01-14, e-mail: info@fhn.gov.az


Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: