Tarif (qiymət) Ећurası dərman vasitələrinin yeni qiymətlərini təsdiq edib

25-12-2015, 21:30
527

http://s014.radikal.ru/i326/1512/2a/f5407f387405.jpg


Dekabrın 25-də Tarif (qiymət) Ећurasının növbəti iclası keçirilib.

Azərbaycan Respublikası Tarif (qiymət) Ећurasının Katibliyindən AZƏRTAC-a bildirilib ki, iclasda daha 1510 yeni dərman vasitəsinin qiymətləri, həmçinin Ећuranın əvvəlki qərarları ilə təsdiq edilmiş 3540 dərman vasitəsinin manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar olaraq yeni qiymətləri müəyyənləşdirilib. (Cədvəl əlavə olunur). Beləliklə, 5050 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti və qiymətlərin qüvvəyə minmə tarixi təsdiq edilib ki, bunlardan 3661 dərman vasitəsinin qiymətləri bu gündən qüvvədədir, qiymətləri təsdiqlənmiş digər 1389 dərman vasitəsinin qiymətləri isə 25 fevral 2016-cı il tarixindən qüvvəyə minəcək.

Bununla da, ilin əvvəlindən etibarən manatın məzənnəsində baş verən dəyişikliklərə baxmayaraq, qiymətləri tənzimlənmiş dərman vasitələrinin satışda olan qiymətləri ilə müqayisədə 21 faizinin qiyməti 2 dəfədən çox, 9 faizinin qiyməti 3 dəfədən çox aşağı salınıb, ümumilikdə 60 faizinin qiymətləri endirilib, 40 faizinin qiyməti isə məzənnə dəyişikliyi ilə əlaqədar orta hesabla 30 faiz artıb. Belə ki, manatın məzənnəsinin dəyişməsindən əvvəl dərman vasitələrinin qiymətləri kəskin şəkildə, 2-3 dəfədən çox, bir sıra hallarda 5 dəfədən çox, bəzi dərmanlar üzrə isə 10 dəfəyədək azaldıldığı üçün bu dərmanların qiymətləri manatın yeni məzənnəsinə uyğunlaşdırıldıqdan sonra belə, yenə də tənzimləmədən əvvəlki qiymətlərdən dəfələrlə aşağıdır. Bu isə, manatın məzənnəsinin dəyişdiyi dövrdə dərmanların qiymətlərinin dövlət tərəfindən tənzimlənməsinin sosial əhəmiyyətini daha da artırır.

Tarif (qiymət) Ећurasının iclasında həmçinin, "28 May" metro stansiyası - Heydər Əliyev Beynəlxalq Aeroportu marşrutu üzrə ekspress avtobuslarda sərnişindaşıma xidmətinin tarifinin yuxarı həddi 1,30 manat, hava nəqliyyatı ilə Gəncə-Naxçıvan reysi üzrə sərnişindaşıma xidmətinin tarifinin yuxarı həddi isə 49 manat səviyyəsində təsdiq edilib.

Qərarlar və dərman vasitələrinin qiymətlərinin siyahısı Tarif (qiymət) Ећurasının rəsmi internet saytının (www.tariff.gov.az) "Ећuranın qərarları" və "Dərman vasitələri" bölmələrində yerləşdirilib.

Cədvəl

Mənbə: http://azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: