İnformasiya təhlükəsizliyinin müxtəlif problemləri araşdırılır

15-01-2016, 09:00
763

http://s004.radikal.ru/i207/1601/d7/022a3026b2da.jpg


İnformasiya təhlükəsizliyi sahəsində məlumatlandırma məqsədilə www.sciencecert.az veb-saytında mövzu üzrə populyar məqalələrin yerləşdirilməsi nəzərdə tutulur.

AMEA İnformasiya Texnologiyaları İnstitutunda informasiya təhlükəsizliyinin müxtəlif problemləri üzrə elmi-tədqiqatlar davam etdirilir.

İnstitutundan verilən məlumata görə, bu haqda texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev rəhbərlik etdiyi şöbənin 2016-cı il üçün fəaliyyət planı ilə bağlı çıxışı zamanı bildirdi. Hazırda şöbədə bu istiqamətdə 8 mövzu üzrə elmi-praktiki tədqiqatlar aparıldığını söyləyən şöbə müdiri cari il ərzində bu tədqiqatlar çərçivəsində e-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi üzrə bir sıra metod və modellərin, o cümlədən təhdidlərin ranqlaşdırılması, internet infrastrukturunun dayanıqlığının qiymətləndirilməsi və digər modellərin işlənilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Qeyd edib ki, kompüter şəbəkələrinin intellektual monitorinqi üçün metod və modellərin işlənməsi istiqamətində böyük həcmli şəbəkə monitorinqi verilənlərinin effektiv toplanması və saxlanması metodunun, analizi modelin işlənilməsi, o cümlədən irimiqyaslı kompüter şəbəkələrində monitorinq verilənlərinin toplanması metodunun işlənməsi üzrə tədqiqatlar aparılacaq.

Yadigar İmamverdiyev bildirib ki, bulud texnologiyalarında informasiya təhlükəsizliyinin təmin edilməsi, kompüter şəbəkələrinin təhlükəsizliyinin qiymətləndirilməsi, e-dövlətin e-imza infrastrukturunun sintezi və informasiya təhlükəsizliyi insidentlərinin idarə edilməsi üçün metod və alqoritmlərin işlənməsi, həmçinin şəbəkə təhlükəsizliyinin monitorinqi üçün intellektual sistemin işlənilməsi və s. cari ildə planlaşdırılmış elmi-tədqiqat işləri sırasındadır.

Alim şöbənin elmi-innovasiya fəaliyyəti ilə bağlı qeyd edib ki, AzScienceNet elm kompüter şəbəkəsinin monitorinqi üzrə hesabatların hazırlanması, AzScienceCERT üzrə işlərin həyata keçirilməsi, qrant layihələrinin yerinə yetirilməsi, bir sıra konfrans və tədbirlərdə iştirak edilməsi nəzərdə tutulur.

Yadigarİmamverdiyev 2016-cı ildə şöbə əməkdaşları tərəfindən 30-a yaxın məqalənin nüfuzlu elmi jurnallarda, o cümlədən SCİ reyestrinə daxil olan jurnallarda nəşr olunmasının qarşıya qoyulan əsas hədəflərdən olduğunu diqqətə çatdırıb.

Onun sözlərinə görə, informasiya təhlükəsizliyi sahəsində məlumatlandırma məqsədilə www.sciencecert.az veb-saytında mövzu üzrə populyar məqalələrin yerləşdirilməsi nəzərdə tutulur.

Mənbə: http://www.xeberler.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: