Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilib

29-01-2016, 14:30
562

http://i069.radikal.ru/1601/8a/38a37f22cfc6.jpg


Yanvarın 29-da Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilib.
Komitənin sədri Arif Rəhimzadə əvvəlcə 2015-ci il payız sessiyasında görülən işlər barədə məlumat verib. Bildirib ki, komitədə hesabat dövründə 4 iclas keçirilib, 12 məsələ müzakirə olunub və onlardan 10-u qanun layihəsidir.
Qeyd edilib ki, payız sessiyasında "Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" Qanuna əsasən Babək rayonunun Qoşadizə kənd inzibati ərazi dairəsi və onun tərkibindəki Qoşadizə kəndi ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin dövlət reyestrindən çıxarılıb. Qoşadizə kəndinin 658 hektar təşkil edən ərazisi Babək qəsəbəsinin inzibati ərazisinə birləşdirilib.
Payız sessiyasında, həmçinin "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında", "Torpaq islahatı haqqında", "Torpaq bazarı haqqında", "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında", "Bələdiyyələrin əraziləri və torpaqları haqqında", "Bələdiyyələrin su təsərrüfatı haqqında", "Bələdiyyə qulluğu haqqında" qanun layihələri müzakirə olunaraq qəbul edilib. Bundan başqa, "Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması haqqında Əsasnamə"də dəyişikliklər edilib.
Hesabat dövründə komitənin ünvanına daxil olan 209 məktub, təklif, ərizə və şikayətə baxılıb və onlardan 116-sı araşdırılması üçün müvafiq təşkilatlara göndərilib. Komitə üzvləri tərəfindən yerlərdə vətəndaşlar qəbul edilib.
Sonra komitə sədri 2016-cı il yaz sessiyasında görüləcək işlər haqqında məlumat verib.
Bildirib ki, yaz sessiyasında Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında qanun layihələrinə baxılacaq.
İclasda, həmçinin "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanuna əlavə edilmiş "Azərbaycan Respublikası bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. Qanun layihəsində "Azərbaycan Respublikası bələdiyyələrin siyahısı"nın "Babək rayonu" bölməsinin 59.13-cü bəndinin ləğv edilməsi nəzərdə tutulur.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: