Son dəqiqə:

Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib

29-01-2016, 18:00
490

http://s019.radikal.ru/i642/1601/7a/229117ee7944.jpg


Yanvarın 29-da Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib.
Komitənin sədri Eldar İbrahimov əvvəlcə 2015-ci il payız sessiyasında görülən işlər haqqında danışıb. Bildirilib ki, hesabat dövründə komitənin 3 iclası keçirilib, bu iclaslarda 21 məsələ, o cümlədən 19 qanun layihəsi müzakirə olunub.
Hesabat dövründə komitəyə 52 vətəndaşın imzası ilə ərizə, şikayət və müraciət daxil olub, 31 ərizə tədbir görülməsi məqsədilə müvafiq təşkilatlara göndərilib, 21 ərizə isə təkrar daxil olduğu və ərizə, şikayət və müraciətlərə dövlət idarə, təşkilat və orqanlarından verilən cavablar olduğu üçün işə alınıb. Dövlət idarə, təşkilat və orqanlarına göndərilən ərizələrdən 12-si torpaq məsələləri ilə, digər 19 ərizə isə iqtisadi və sosial problemlərlə əlaqədardır.
Aqrar siyasət komitəsi qanun layihələrinin hazırlanması ilə yanaşı, tərtib edilmiş qrafikə uyğun olaraq ayda bir dəfə vətəndaşların Milli Məclisə qəbulunu keçirib.
Komitənin 2015-ci il payız sessiyası dövründə fəaliyyəti qənaətbəxş hesab edilib.
Sonra iclasda komitənin 2016-cı il yaz sessiyası üçün iş planına baxılıb və təsdiq edilib. Bu sessiya müddətində komitədə "Kənd təsərrüfatı kooperasiyası haqqında" və Azərbaycan Respublikasının bəzi qanunlarına dəyişikliklər və əlavələr edilməsi ilə bağlı qanun layihələrinə baxılacaq.
Komitə sədri bildirib ki, "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsi Milli Məclisin plenar iclasında birinci oxunuşda təsdiq edilib. Hazırda sənəd üzərində mütəxəssislər və komitənin əməkdaşları ciddi iş aparırlar. Qeyd edilib ki, bu qanun layihəsi kənd təsərrüfatı kooperasiyasının formalaşmasının və inkişafının, kənd təsərrüfatı kooperativlərinin təşkilinin və fəaliyyətinin hüquqi, iqtisadi əsaslarını müəyyən edir.
Qanunun məqsədi Azərbaycanda kənd təsərrüfatı kooperasiyasının formalaşmasına və inkişafına təkan vermək, kənd təsərrüfatı məhsulları istehsalçılarının könüllü birləşməsi əsasında iri kənd təsərrüfatı müəssisələri yaratmaq, onların istehsal potensialından səmərəli istifadə etməklə rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək və məhsuldarlığı artırmaq, kooperasiya iştirakçılarının iqtisadi, sosial və digər maraqlarını qorumaqdır.
Ötən il kənd təsərrüfatında əldə edilən uğurlardan danışan E.İbrahimov bu sahənin 2016-cı ildə daha da inkişaf etdiriləcəyinə əminliyini bildirib.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: