Ədəbiyyat İnstitutunda "İlin gənc alimi" müsabiqəsinin qalibləri mükafatlandırılıb

2-02-2016, 16:00
526

http://s017.radikal.ru/i428/1602/8c/baf90461e982.jpg


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda 2 fevral - Gənclər Gününə həsr olunan tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli ölkəmizdə həyata keçirilən gənclər siyasətindən, dövlətimizin bu sahəyə diqqət və qayğısından danışıb.

Akademik İ.Həbibbəyli bildirib ki, ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamı ilə 1997-ci ildən ölkəmizdə fevralın 2-si "Azərbaycan Gəncləri Günü" elan olunub. Hər il bu gün ölkəmizdə Gənclər Günü kimi qeyd edilir. Bununla yanaşı, gənclərin inkişafı ilə bağlı imzalanan mühüm dövlət sənədləri Azərbaycan gəncliyinin inkişafı yolunda vacib amilə çevrilib.

Prezident İlham Əliyevin gənclər siyasəti sahəsində imzaladığı müvafiq sənədləri xatırladan akademik bu istiqamətdə həyata keçirilən tədbirlərdən söz açıb. Qeyd edilib ki, Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu gün gənclərimiz ictimai həyatın bütün sahələrində fəal iştirak edir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində əhəmiyyətli rol oynayırlar.

Akademiyanın yeni inkişaf mərhələsində gənclərin üzərinə düşən vəzifələrdən danışan İ.Həbibbəyli elmi-tədqiqat müəssisələrində gənc alimlərin elmi axtarışlara qoşulduqlarını, AMEA-nın ictimai-siyasi həyatında gənclərin rolunun yüksəldiyini xüsusi vurğulayıb.

Akademik AMEA-da və Ədəbiyyat İnstitutunda yeni elmi nəslin yetişməsi, gənclərin inkişafı istiqamətində görülən işlərdən də söz açıb. Bildirilib ki, institutda hər il "İlin gənc alimi" müsabiqəsinin keçirilməsi gənclərin elmə olan həvəsinin artırılmasında, onların yeni tədqiqat işlərinə cəlb edilmələrində və sağlam rəqabət mühitinin formalaşdırılmasında böyük əhəmiyyət daşıyır.

Sonra institutun Gənc Alim və Mütəxəssislər Ећurasının sədri Eşqanə Babayeva rəhbərlik etdiyi qurumun ötən ildəki fəaliyyəti barədə məlumat verib.

Tədbirdə AMEA-nın Gənc Alim və Mütəxəssislər Ећurasının sədri Famin Salmanov, Fizika İnstitutunun Gənc alim və Mütəxəssislər Ећurasının sədri Suma Hüseynova çıxış edərək ölkəmizdə həyata keçirilən gənclər siyasətindən və bu istiqamətdə AMEA-da və Ədəbiyyat İnstitutunda aparılan islahatlardan danışıblar.

Daha sonra akademik İ.Həbibbəyli institutun "İlin gənc alimi" nominasiyası üzrə qalib olan dörd əməkdaşına mükafatlar təqdim edib.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: