AMEA-nın iki bölməsi üzrə doktoranturaya qəbulun nəticələri müzakirə edilib

2-02-2016, 23:30
550

http://s020.radikal.ru/i712/1602/48/67095cdc537a.jpg


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə AMEA-nın iki bölməsinin - Fizika-Riyaziyyat və Texnika Elmləri və Kimya Elmləri bölmələrinin doktorantları ilə görüşüb.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu bölmələr üzrə 2015-ci ildə fəlsəfə doktoru və elmlər doktoru hazırlığı sahəsində doktoranturaya qəbulun nəticələri müzakirə edilib.

Görüşdə akademik A.Əlizadə hər bir doktorantın dissertasiya mövzusu ilə tanış olub. Mövzular ətrafında fikir mübadiləsi aparılıb.

AMEA-nın rəhbəri dissertasiya mövzularının müasir dövrdə elmin qarşısında duran əsas vəzifələrə və tələblərə uyğun seçilməsinin zəruriliyini və bunun əsasında cəmiyyətdə elmi-texniki tərəqqini sürətləndirməyə əhəmiyyətli töhfə verən tədqiqatların işlənməsinin vacibliyini vurğulayıb. Qeyd edilib ki, hər bir iddiaçının öz mövzusu ilə bağlı apardığı elmi tədqiqat və araşdırmalar mühüm sosial-mədəni və iqtisadi əhəmiyyət daşımalıdır.

Akademik A.Əlizadə AMEA-nın bölmələrinə dissertasiya mövzularının seçilməsi zamanı müvafiq elmi sahənin perspektiv inkişafı üçün əhəmiyyətli hesab edilən mövzulara üstünlük verilməsini tövsiyə edib.

Doktorantların dissertasiya işlərini müvəffəqiyyətlə yerinə yetirilmələri üçün dünyanın nüfuzlu elmi mərkəz və institutlarında təcrübə keçmələri məqsədilə elmi ezamiyyətlərə göndərilməsinin əhəmiyyəti qeyd edilib.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: