Dövlət Sərhəd Xidmətinin rəisi Lənkəranda vətəndaşları qəbul edəcək

6-02-2016, 12:45
584

http://s017.radikal.ru/i407/1602/d6/94a1b7da13ef.jpg


Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi - Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev tərəfindən fevralın 19-da saat 11:00-da Lənkəran Sərhəd Dəstəsində Astara, Lerik, Lənkəran və Yardımlı rayonlarının sakinlərinin qəbulu keçiriləcək.

Qəbulda iştirak etmək istəyənlərdən xahiş olunur ki, onları maraqlandıran sualları fevralın 16-dək Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az adlı rəsmi saytında yerləşdirsinlər.

DSX-nın mətbuat mərkəzindən bildiriblər ki, qeydiyyat üçün 012-498-01-55 və 012-498-01-69 nömrəli telefonlarla əlaqə saxlanılması və ya Lənkəran Sərhəd Dəstəsinə müraciət edilməsi xahiş olunur.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: