Köhnə ilin yeni ünvanları

9-02-2016, 17:00
485

http://www.azerbaijan-news.az/uploads/images/2016/fevral/09/001.jpg


BAKI

Prezident İlham Əliyev sentyabrın 3-də Bakının Səbail rayonundakı 189-190 nömrəli orta məktəblərdə yaradılan şəraitlə tanış olub.
Paytaxtın 190 nömrəli orta məktəbi 1946-cı ildə fəaliyyətə başlayıb. Məktəbin binası 1957-ci ildə inşa olunub. O vaxta qədər tədris ocağı Bülbül adına Musiqi məktəbinin binasında fəaliyyət göstərib. 2 ildir ki, bu təhsil ocağı 189 nömrəli məktəblə birləşdirilib.
Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülüb. 189-190 nömrəli orta məktəbdə də bütün sinif otaqları, fənn kabinetləri müasir tələblər səviyyəsində qurulub. Məktəb yüksək tələblərə cavab verən avadanlıqlarla və müasir dərs ləvazimatları ilə təchiz edilib. Ећagirdlərin nəzəri bilikləri laboratoriyalarda tətbiq etmələri üçün də zəruri avadanlıqlar quraşdırılıb.
* * *
Dövlət başçısı sentyabrın 3-də paytaxtın Yasamal rayonundakı Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Liseydə əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.
Lisey yüksək şəraiti, müasir təlim avadanlığı ilə diqqəti çəkən müasir təhsil ocaqlarından biridir. Liseydə respublikanın bütün bölgələrindən olan 600 şagird təhsil alır. Onlardan 300 nəfəri dövlət hesabına yataqxanada qalır. Təhsil ocağına qəbul 7-ci, 8-ci və 9-cu siniflərdən aparılır. Bu təhsil ocağı fəaliyyət göstərdiyi müddətdə uğurlu nəticələr əldə edib. Təhsil ocağının məzunları arasında 300-dən çox elmlər namizədi, 30-a yaxın elmlər doktoru var.
Liseyin bütün sinif otaqları, fənn kabinetləri əsaslı şəkildə təmir edilib, lazımi avadanlıq və ləvazimatlarla təchiz olunub.
* * *
Sentyabrın 7-də Bakının Binəqədi rayonundakı 283 nömrəli orta məktəb təmir və yenidənqurma işlərindən sonra qapılarını müəllim və şagirdlərin üzünə açıb. Bu münasibətlə keçirilən tədbirdə dövlət başçısı iştirak edib.
Məktəbin binası 1988-ci ildə istifadəyə verilib. Ümumi ərazisi 24 min kvadratmetr olan təhsil ocağının binasında yenidənqurma işləri yüksək səviyyədə həyata keçirilib.
Məktəbdə tədris birnövbəli rejimdə aparılır. Burada Azərbaycan və rus bölmələrində 1200 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 160 müəllim məşğul olur.
* * *
Prezident İlham Əliyev sentyabrın 10-da Nəsimi rayonundakı Texniki-Humanitar Liseydə yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub.
Liseydə 43 otaq var. Onlardan 24-ü sinif otağı, digərləri isə fənn kabinetləri və laboratoriyalardır. Məktəbdə tədris ikinövbəlidir. Təhsil ocağına qəbul 5-ci sinifdən aparılır. Azərbaycan və rus bölmələrində 1077 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 91 müəllim məşğul olur.
İdman zalı da müasir səviyyədə qurulan təhsil ocağının həyətində geniş abadlıq və quruculuq işləri görülüb.
* * *
Sentyabrın 12-də dövlət başçısı Bakı sərnişin stansiyasında Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən ilk sərnişin qatarının yola salınması mərasimində iştirak edib.
Yolun ümumi uzunluğu 84 kilometrdir. Marşrut üzərində Bakı, Keşlə, Biləcəri, Xırdalan, Güzdək, Sumqayıt sərnişin stansiyaları, 10-cu və 6-cı blok post-ayırma məntəqələri yerləşir. Stansiya və ayırma məntəqələrinin baş yolları üzərində 106 yoldəyişən qurğu quraşdırılıb. Stansiyada qatarların qəbulu və yola salınması üçün nəzərdə tutulan yolların 4-də əsaslı təmir işləri görülüb, kontakt şəbəkəsi və işarəvermə avadanlıqları yenilənib. Ümumilikdə layihə üzrə 55 turniket, 10 satış köşkü quraşdırılıb.
* * *
Prezident İlham Əliyev sentyabrın 12-də paytaxtın Xətai rayonundakı 5 nömrəli Bakı Peşə Liseyində həyata keçirilən təmir və yenidənqurma işləri ilə tanış olub. Liseydə 41 kabinet yaradılıb. Bunlardan 7-si fənn, 3-ü laboratoriya, 23-ü ümumtəhsil fənn kabinetləridir. Təhsil ocağında 8 tədris emalatxanası var.
Liseydə istehsalat-təlim dərslərinin yüksək səviyyədə həyata keçirilməsi üçün bütün ixtisaslara uyğun emalatxanalar yaradılıb və lazımi avadanlıqlarla təchiz olunub. Təhsil ocağının geniş akt zalında həm rayon, həm də respublika əhəmiyyətli tədbirlər də keçirmək mümkündür.
* * *
Xətai rayonundakı 264 nömrəli məktəb-liseyin binası da əsaslı təmirdən sonra həmin gün istifadəyə verilib. Təhsil ocağı 1981-ci ildə fəaliyyətə başlayıb. Məktəbdə təlim-tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb. Bütün sinif otaqları, fənn kabinetləri müasir tələblər səviyyəsində qurulub. Məktəb yüksək tələblərə cavab verən avadanlıq və dərs ləvazimatları ilə təmin edilib.
Təhsil ocağının futbol, voleybol və basketbol meydançaları da var.
* * *
Dövlət başçısı İlham Əliyev sentyabrın 15-də - Bilik Günündə Bakının Sabunçu rayonunda əsaslı şəkildə yenidən qurulan 148 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak edib.
Üçmərtəbəli məktəbin yeni korpusunda 22, əlavə korpusunda 18 sinif otağı var. Burada fizika, kimya, biologiya, informatika, hərbi hazırlıq fənn kabinetləri, əmək təlimi otaqları var. Məktəbin binasında kitabxana, akt və idman zalları, linqafon, tibb, musiqi və rəsm otaqları yaradılıb. Onların hamısı müasir avadanlıq və əyani vasitələrlə təchiz edilib.
* * *
Sentyabrın 21-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzinin əsaslı və yenidənqurmadan sonra açılışı olub. Tədbirdə Prezident İlham Əliyev iştirak edib.
Respublika Əlillərin Bərpa Mərkəzi 1986-cı ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Cənubi Qafqazda bu sahədə ilk tibb ocağı kimi fəaliyyətə başlayıb. Mərkəz yarandığı gündən Azərbaycanda olan bütün əlillərin, o cümlədən ərazi bütövlüyümüz uğrunda mübarizədə sağlamlıqlarını itirmiş Qarabağ müharibəsi əlillərinin, 20 Yanvar, Çernobıl, Əfqanıstan hadisələri zamanı əlil olan insanların müayinə və müalicəsində yüksək peşəkarlıq göstərir. Mərkəzdə fizioterapiya və psixoloji korreksiya, tibbi-sosial reabilitasiya və funksional diaqnostika şöbələri var.
Fizioterapiya və psixoloji korreksiya şöbələrində parafin vannaları, su ilə müalicə kabinetləri, hovuz, müalicəvi vannalar, müxtəlif duşlar, şarkosilkulyator, müalicə otaqları və fitobar fəaliyyət göstərir. Mərkəzdə böyük idman zalı, həmçinin əlavə məşğələ otaqları müasir avadanlıq və qurğularla da təmin edilib.

XIZI

Prezident İlham Əliyev sentyabrın 4-də Xızı rayonunda yeni suvarılacaq torpaqlara Taxtakörpü-Ceyranbatan kanalından suvarma suyunun verilməsi mərasimində iştirak edib.
Bu layihənin reallaşması Xızı rayonunda əlavə olaraq 3 min 715, o cümlədən 2 min 315 hektar yeni suvarılan torpaqların istifadəyə verilməsinə və 1400 hektar mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılmasına şərait yaradıb. Bununla da Xızı rayonu üzrə 7 min 111, o cümlədən 5 min 399 hektar yeni suvarılan torpaqlar istifadəyə verilmiş və 1712 hektar suvarılan torpaqların su təminatı yaxşılaşmışdır. Layihənin başa çatdırılması ilə Xızı rayonunda 5 min 468 hektar ərazinin su təminatı yaxşılaşacaq.
* * *
Həmin gün dövlət başçısı Siyəzən rayonunda yeni suvarılacaq torpaqlara Taxtakörpü-Ceyranbatan kanalından suyun verilməsi mərasimində də iştirak edib. Layihə zonasındakı 12 min 137 hektar sahənin 6 min 972 hektarında meliorativ tədbirlər aparılmaqla yeni suvarılacaq torpaqların istifadəyə verilməsi və 5 min 165 hektarda mövcud əkin sahələrinin su təminatının yaxşılaşdırılması nəzərdə tutulub.

KÜRDƏMİR

Sentyabrın 17-də Kürdəmirdə körpələr evi-uşaq bağçasının açılışı olub.
Açılışında Prezident İlham Əliyevin iştirak etdiyi körpələr evi-uşaq bağçasında geyinib-soyunma, oyun, yataq, kompüter otaqlarında, idman, musiqi və gimnastika zallarında hər cür şərait yaradılıb. Bundan başqa, binada tibb və müəllimlər otaqları var. Körpələr evi-uşaq bağçasında 30 nəfər pedaqoji işçi çalışır.
* * *
Həmin gün Kürdəmir şəhərində dövlət başçısının iştirakı ilə Bayraq meydanının da açılışı olub. Meydanda hündürlüyü 62 metr olan bayraq dirəyi ucaldılıb. Dirəyin yerləşdiyi üst meydançada Dövlət himninin mətni, dövlət gerbinin və Azərbaycanın xəritəsinin təsvirləri yerləşdirilib.
Bayraq meydanı əhalinin asudə vaxtının səmərəli təşkili, dövlət rəmzlərinin təbliği və gənc nəslin dövlətçilik ənənələrinə sədaqət ruhunda tərbiyə edilməsi işinin yaxşılaşdırılması məqsədilə inşa olunub. 5 hektar sahədə yerləşən Bayraq meydanının ərazisində geniş abadlıq-quruculuq işləri görülüb, fəvvarələr quraşdırılıb.
* * *
Səfər zamanı dövlət başçısı Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun istifadyə verilmə mərasimində də iştirak edib. 12 min əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən yol yerli sakinlər üçün xüsusi əhəmiyyət daşıyır.
* * *
Sentyabrın 17-də dövlət başçısının iştirakı ilə Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının inzibati binasının açılışı da keçirilib. Yeni bina zəruri infrastruktur, inventar və avadanlıqla təchiz edilib. Sahəsi 630 kvadratmetr olan ikimərtəbəli binada xidməti otaqlarla yanaşı akt zalı da yerləşir. Yeni binanın ətrafı abadlaşdırılıb, geniş yaşıllıq zolağı salınıb.
* * *
Səfər zamanı Prezident İlham Əliyev Kürdəmirdə əsaslı şəkildə yenidən qurulan tarix-diyarşünaslıq muzeyində yaradılan şəraitlə də tanış olub. Muzeydə əlavə tikinti-quraşdırma işləri aparılaraq ümumi sahəsi 400 kvadratmetrə çatdırılıb. Burada iki yeni salon tikilib, əməkdaşlar üçün iş otağı və digər xidməti otaqlar yaradılıb. Muzeyin mövzu-ekspozisiya planı tam şəkildə yenidən işlənib. Hazırda burada 4070 eksponat var.
* * *
Dövlət başçısı Kürdəmirə səfəri çərçivəsində Möhübbət Əzimov adına Atakişili kənd orta məktəbinin binasının açılış mərasimində də iştirak edib. Yeni məktəb 624 şagirdlikdir. Ümumi sahəsi 6000 kvadratmetrə yaxın olan binada idman meydançası salınıb. Üç mərtəbədən ibarət olan bina 53 otaqdan, o cümlədən 26 sinif otağından, linqafon, hərbi, kompüter otaqlarından, kimya, fizika, biologiya fənn kabinetlərindən, idman zalından və 156 yerlik yeməkxanadan ibarətdir. Məktəbin akt zalında müxtəlif tədbirlər keçirmək mümkündür.

AДћSU

- Sentyabrın 17-də Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Ağsu-Kürdəmir hissəsinin açılışı olub. Açılışında Prezident İlham Əliyevin iştirak etdiyi yol Ağsu və Kürdəmir rayonları arasında yerləşir və 14 kənddən keçir. Həmin ərazidə 25 min əhali yaşayır. Üçüncü texniki dərəcəli yolun eni 12, hərəkət hissəsinin eni isə 7 metrdir. Yuxarı Ећirvan kanalı üzərində uzunluğu 21 metr olan körpü tikilib. Nazikçay və Girdmançay üzərindəki körpü də əsaslı təmir olunub. Çoxlu sayda suötürücü qurğu inşa edilib. Nəqliyyatın təhlükəsiz hərəkəti üçün lazım olan bütün yol nişanları və göstəriciləri quraşdırılıb. Yolun üstündəki bütün yaşayış məntəqələrində müasir tipli dayanacaqlar tikilib.
* * *
Dövlət başçısı Ağsu İdman Kompleksinin istifadəyə verilməsi mərasiminə də qatılıb. Kompleksin həyətində geniş abadlıq-quruculuq işləri görülüb. Burada idmanın bir çox növləri ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılıb. Kompleksdə uzunluğu 18,5, eni isə 11 metr olan hovuz böyüklər və balacalar üçün nəzərdə tutulub. Burada sauna, masaj otağı və türk hamamı da var. Kompleksdə istər yerli, istərsə də beynəlxalq əhəmiyyətli idman tədbirləri keçirmək mümkündür. Bu idman qurğusundakı güləş zalı Beynəlxalq Güləş Federasiyasının standartlarına uyğun tikilib. Müasir idman qurğuları ilə təchiz edilən trenajor zalı da idmançıların ixtiyarına verilib.
* * *
Səfər çərçivəsində dövlət başçısı Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının yeni inzibati binasının açılış mərasimində iştirak edib. Yeni binanın tikintisinə 2014-cü ilin may ayında başlanmışdı. Ümumi sahəsi 535 kvadratmetr olan bina müasir inventar və avadanlıqla təchiz olunub. Yeni binada 100 nəfərlik akt zalında rayon təşkilatının müxtəlif tədbirlərini həyata keçirmək mümkündür.
* * *
Dövlət başçısı İlham Əliyev səfər çərçivəsində Ağsuya içməli suyun verilməsi mərasimində də iştirak edib. Prezidentin Ehtiyat Fondundan ayrılan vəsait hesabına quzey bulaqlardan boru xətti ilə nəql edilən içməli su əsaslı təmir edilərək müasir avadanlıqla təchiz olunmuş 500 kubmetrlik su anbarına nəql olunur və buradan əhaliyə paylanılır. Bundan əlavə, təzyiqtənzimləyici və paylayıcı anbar inşa olunub, Ağsu şəhərindəki daha bir su anbarı əsaslı təmirdən sonra müasir standartlara cavab verən yeni avadanlıqlarla təchiz edilib. Müxtəlif diametrli içməli və magistral su xətləri, o cümlədən şəbəkə su xətti də çəkilib.
* * *
Səfər çərçivəsində dövlət başçısı Ağsu Ећahmat məktəbinin açılışında iştirak edib. Ağsu Ећahmat məktəbində uşaqların və yeniyetmələrin idmanın bu qədim növünün sirlərinə dərindən yiyələnmələri üçün hər cür şərait yaradılıb. Burada zəruri avadanlıqlarla təchiz olunan yarış zalı, 2 tədris sinfi, müəllimlər otağı və xidməti otaqlar var. Məktəbdə şahmatla bağlı biliklərin əldə olunması və müasir yeniliklərin qavranılması üçün ayrıca kompüter guşəsi yaradılıb.

Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: