Ötən il Ећəmkirdə 34,9 faiz çox sənaye məhsulu istehsal edilib

11-02-2016, 11:00
456

http://s010.radikal.ru/i313/1602/5a/7da1d2b2638a.jpg


Fevralın 10-da Ећəmkir Rayon İcra Hakimiyyətində ötən ilin sosial-iqtisadi inkişafının yekunları və cari ildə qarşıda duran vəzifələrlə bağlı geniş tərkibdə şura iclası keçirilib.

Yığıncaqda rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov hesabat məruzəsi ilə çıxış edib.

Bildirilib ki, 2015-ci ildə rayonda 471 milyon 445 min manatlıq ümumi məhsul istehsal olunub, adambaşına düşən məhsul buraxılışının həcmi 2253 manat təşkil edib. Sənaye sahəsində 24 milyon 465 min manatlıq, əvvəlki ildəkindən 34,9 faiz çox məhsul buraxılıb. Kənd təsərrüfatında ötən illə müqayisədə 2 faiz çox olmaqla, 265 milyon 194 min manatlıq məhsul istehsal edilib. Pullu xidmətlərin həcmi 9,3 faiz, əmtəə dövriyyəsinin həcmi isə 13,2 dəfə artıb. 2015-ci ildə 3337 iş yeri açılıb ki, bunun da 587-i daimi iş yeridir.

Qeyd edilib ki, dəyəri 20,5 milyon manat, gündəlik istehsal gücü 50 ton olan Ећəmkir çörək zavodunda "Nəfis çörək" brendi ilə gündə 38 ton 15 növ çörək məhsulu istehsal olunur. Ећəmkir çörək zavodu Ећəmkir rayonu ilə yanaşı, qərb bölgəsində yerləşən digər şəhər və rayonların əhalisini də keyfiyyətli çörəklə təmin edir.

Həmçinin il ərzində "Ећəmkir Aqroparkı"nın tikintisi davam etdirilib. Hazırda "Ећəmkir Aqroparkı"nda loqistika mərkəzinin çeşidləmə və qablaşdırma kompleksinin, soyuducu anbarın, kiçik laboratoriya məntəqəsinin və vahid pəncərə buraxılış məntəqəsinin tikintisi sürətlə aparılır. İndiyədək bu layihənin icrasına 30 milyon manatdan artıq vəsait sərf edilib.

Ећəmkir şəhərinin "Ağ dağlar" adlanan ərazisində Ећəmkir bələdiyyəsi tərəfindən təsis edilmiş "Abad Ећəmkir" MMC-nin nəzdində "Natural" su və konserv istehsalı zavodunun tikintisinə 2015-ci ilin may ayında başlanılıb. Müəssisənin ümumi ərazisi 1,1 hektardır. Layihə sənədlərinə uyğun olaraq ərazidə preform istehsal müəssisəsi, kompressor bölümü, qazanxana, 200 tonluq su hovuzu və anbar binası inşa olunub. Zavodun su təminatı Ећəmkir su anbarından götürülmüş yeni su xəttindən qidalanır. Hazırda 5 dolum xətti fəaliyyət göstərir. Ећüşə xəttində saatda 3000 ədəd, plastik xəttində isə saatda 5000 ədəd içməli su qablaşdırılır. Bundan əlavə, müəssisədə cem, mürəbbə, kompot və turşu istehsal olunur. Quraşdırılmış avadanlıqlar Türkiyə və İtaliyadan gətirilib. Zavodda 50 nəfərə yaxın yeni iş yeri yaradılıb.

Çinarlı bələdiyyəsinin nəzdində təsis edilmiş "Çinarlı qəsəbə" MMC-nin nəzdində "Ећəmkir Səbəti" brendi ilə kənd təsərrüfatı məhsullarının satışı üzrə "yaşıl market"in tikintisinə başlanılıb. Layihəyə uyğun olaraq bazarın tikintisi üçün Bakı-Qazax avtomobil yolunun 399-cu kilometrində müəssisəyə məxsus 5 hektar torpaq sahəsində əhalinin kənd təsərrüfatı məhsulları ilə təmin etmək üçün müvafiq yerlər hazırlanıb. Burada kafe, super market, 5 soyuducu anbar, 3 sanitariya qovşağı inşa olunub.

"Zəyəm Texnologiyalar Parkı" ASC-də yenidənqurma işləri davam etdirilib, cari ildə həmin müəssisədə yeni istehsal sexlərinin istifadəyə verilməsi nəzərdə tutulub.

Bildirilib ki, Ећəmkir respublikanın ən böyük kənd təsərrüfatı rayonlarından biridir. Vaxtilə respublikanın üzümçülük rayonlarından olan Ећəmkirdə hazırda 554 hektar üzüm bağı var. 2015-ci ildə üzüm sahələrindən 22 min 155 ton məhsul toplanılıb.

Rayonda heyvandarlıq sahəsində də artım əldə olunub. Belə ki, iribuynuzlu mal-qaranın sayı 61249 başa, qoyun və keçilərin sayı 290 min 618 başa çatıb. Ət istehsalı 3,2 faiz, süd istehsalı 6,1 faiz, yun istehsalı isə 0,2 faiz artıb.

Cari ildə rayonda görüləcək işlər haqqında da danışan icra hakimiyyətinin başçısı bildirib ki, Qaracəmirli bələdiyyəsi tərəfindən təsis edilən "Qaracəmirli" MMC-nin nəzdində quşçuluq təsərrüfatının yaradılması və burada "Lindovskiy", "Qubernator" qaz cinslərinin, "Kanada" hind quşunun yetişdirilməsi, əhalinin yüksək keyfiyyətli quş əti ilə təmin edilməsi nəzərdə tutulub.

Rayonun Ceyrançöl ərazisində isə iri kənd təsərrüfatı müəssisəsinin yaradılması istiqamətində işlər aparılır.

İclasda Prezident Administrasiyasının nümayəndəsi Əlibaba Əliyev, Milli Məclisin deputatları Sona Əliyeva və Kamran Bayramov çıxış edərək, müzakirə olunan məsələlər barədə fikirlərini bildiriblər.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: