Heydər Əliyev adına NEZ-in yenidən qurulması layihəsi üzrə növbəti müqavilə imzalanıb

11-02-2016, 17:30
435

http://s008.radikal.ru/i305/1602/ef/09972fd40e85.jpg


Fevralın 11-də SOCAR və İtaliyanın "KT-Kinetics Technology S.p.A" şirkəti arasında Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) yenidən qurulması layihəsi üzrə müqavilə imzalanıb. Sənədi SOCAR tərəfdən H.Əliyev adına NEZ-in direktoru Elman İsmayılov, qarşı tərəfdən "KT-Kinetics Technology S.p.A" şirkətinin biznesin inkişafı üzrə meneceri Michele Colozzi imzalayıblar.
SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, imzalanma mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri, "Maire Technimont Group"un vitse-prezidenti, eyni zamanda "KT-Kinetics Technology S.p.A" şirkətinin idarə heyətinin sədri və prezidenti Gianni Bardazzi, İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edən R.Abdullayev bildirib ki, Heydər Əliyev adına NEZ-in yenidən qurulması layihəsi hazırda şirkətin həyata keçirdiyi ən vacib layihələrdən biridir. Həyata keçiriləcək yenidənqurma işləri nəticəsində mövcud texnoloji qurğularının modernləşdirilməsi və bəzi yeni qurğuların inşası nəzərdə tutulur. Layihə üzrə qısa müddət ərzində zavodun illik emal gücünün 6 milyon tondan 7,5 milyon tona artırılması, Katalitik Krekinq qurğusunun gücünün 2 milyon tondan 2,5 milyon tona yüksəldilməsi, bir neçə yeni qurğunun tikilərək istismara verilməsı və zavodda "Avro-5" standartlarına cavab verən daha keyfiyyətli neft emalı məhsullarının istehsalı nəzərdə tutulur. Zavodun yenidən qurulması planına kükürdün alınması üzrə yeni bir qurğunun inşa edilməsi də daxildir. Bu məqsədlə kükürdün alınması texnologiyası üzrə dünyanın qabaqcıl şirkətlərdən biri olan "KT-Kinetics Technology S.p.A" şirkəti lisenziar olaraq seçilib.
Mərasimində qeyd olunub ki, SOCAR Heydər Əliyev adına NEZ-in yenidən qurulması məqsədilə Avstriyanın "Poerner", Fransanın "Axens", İngiltərənin "UOP" şirkətləri ilə də müqavilə imzalayıb.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: