Metropolitençilər qanvermə aksiyasında iştirak ediblər

11-02-2016, 19:30
454

http://s013.radikal.ru/i325/1602/5b/e6183363d55f.jpg


Fevralın 10-11-də Metropoliten İşçiləri Həmkarlar İttifaqının təşəbbüsü ilə "Bakı Metropoliteni" QSC-də ehtiyacı olan insanların köməyinə çatmaq üçün ənənəvi qanvermə aksiyası keçirilib.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirin təşkilində məqsəd talassemiyalı və hemofiliyalı xəstələrə yardım etməkdir.

Könüllülük prinsipi ilə təşkil edilən bu aksiyada metropoliten işçiləri yüksək həvəslə iştirak ediblər.

Qanvermə aksiyası əvvəlcə müəssisənin texnoloji korpusu və idarə aparatı binasında, bu gün isə "Nərimanov" elektrik deposunda keçirilib.

İdarə aparatında təşkil edilən tədbirdə 160, "Nərimanov" elektrik deposunda isə 170 nəfər metropoliten əməkdaşı iştirak edib.

Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunaraq, onlardan qan götürülüb. Yığılan qan ehtiyatı isə yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.

Qeyd edək ki, bu proses Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına dəstəyin təzahürüdür.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: