Ümummilli lider Heydər Əliyevin xatirəsini anım günü ilə əlaqədar GMİİB Fəxri Xiyabanı ziyarət etdi

12-12-2014, 12:43
2 475

Ümummilli lider Heydər Əliyevin xatirəsini anım günü ilə əlaqədar GMİİB Fəxri Xiyabanı ziyarət etdi


Ümummilli lider Heydər Əliyevin xatirəsini anım günü ilə əlaqədar Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin sədri Ramiq Vəliyev, sədr müavinləri Aysel Vəlizadə və Tural Vəliyev, həmçinin təşkilatın bir qrup üzvü Fəxri Xiyabana gələrək müasir və müstəqil Azərbaycan dövlətinin və Yeni Azərbaycan Partiyasının qurucusu, xalqımızın dahi oğlu Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub.

Dahi şəxsiyyət Heydər Əliyev bugünkü Azərbaycanın inkişafının təməlində dayanır. İstənilən sahənin inkişaf tarixinə nəzər saldıqda Heydər Əliyevin uğurlu siyasətinin, onun misilsiz xidmətlərinin şahidi oluruq. Onun ölkəmizə rəhbərlik etdiyi illər milli oyanış, tərəqqi, müstəqil dövlət quruculuğu dövrü kimi qəbul edilir. Məhz həmin illərdə siyasi sistemin möhkəmlənməsi, dövlətçilik ənənələrinin yaradılması, iqtisadi və sosial islahatların aparılması, dünya birliyinə inteqrasiya siyasətinin həyata keçirilməsi nəticəsində bu gün Azərbaycan uğurla inkişaf edən, özünü dünya birliyinə etibarlı tərəfdaş kimi təqdim edə bilən bir ölkəyə çevrilib.
Cənab Heydər Əliyev, eyni zamanda, ölkə gənclərinin milli ruhda tərbiyə olunmasına, gənclərin milli-mənəvi dəyərlərə sadiq yetişməsinə xüsusi diqqətlə yanaşmağı vacib sayırdı. "Dinimiz xalqımızın milli-mənəvi sərvətidir" – deyən ulu Öndər mənəvi dəyərlərimizi gələcəyin təməli hesab edirdi.

Heydər Əliyevin milli-mənəvi dəyərlərimizlə bağlı qoyduğu zəngin irs Gənclərin Mənəvi İnkişafı İctimai Birliyi üçün də əsas qaynaq təşkil edir. GMİİB fəaliyyət göstərdiyi bütün illər ərzində keçirdiyi bütün tədbirlərdə ulu öndərimizin əsasını qoyduğu dövlətçilik prinsiplərinə sadiq qalmışdır və gələcək fəaliyyətlərdə də bu bağlılığı qoruyacaqdır.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: