Göygöl, Tovuz və Qazax rayonlarının mindən çox sakininə şəxsiyyət vəsiqələri veriləcək

12-02-2016, 16:00
484

http://s017.radikal.ru/i406/1602/8f/acd119975264.jpg


Daxili İşlər Nazirliyi (DİN) rəhbərliyinin tapşırığı, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin dəyişdirilməsi üzrə səyyar xidmətlər keçirilir.

DİN-in mətbuat xidmətindən bildiriblər ki, işin səmərəliliyinin daha da artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyan növbəti belə tədbirlər Göygöl, Tovuz və Qazax rayonlarında təşkil olunub. Həmin rayonların Ermənistanla həmsərhəd bir sıra kəndlərində keçirilmiş səyyar xidmətlər zamanı yeni şəxsiyyət vəsiqələrinin verilməsi məqsədilə ümumilikdə 1061 nəfərin sənədləri qəbul edilib.

Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi məqsədi daşıyan belə tədbirlər respublikamızın digər bölgələrində də davam etdirilir.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: