Milli Məclisin növbəti plenar iclası keçirilir

12-02-2016, 16:05
353

http://s017.radikal.ru/i402/1602/6d/074234b3e68d.jpg


Fevralın 12-də Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçirilir.

İclası açan Milli Məclisin sədri Oqtay Əsədov gündəliyi elan edib.

İclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinləniləcək, "Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq haqqında" Müqavilənin və onun Proqramının təsdiq edilməsi barədə, "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə qanun layihələrinə baxılacaq.

Deputatlar "Lisenziyalar və icazələr haqqında" və "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" qanun layihələrini də müzakirə edəcəklər.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: