Köhnə ilin yeni ünvanları

14-02-2016, 13:00
419

http://www.azerbaijan-news.az/images/contents/2dd59e82a7466143dd217ecd57d29591.jpg


NAXÇIVAN

Dekabrın 1-də Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında bir sıra yeni müəssisələrin açılış mərasimində iştirak edib.
Həmin müəssisələrdən biri Naxçıvan Beynəlxalq Hava Limanının "Ећərq Terminalı"dır. Burada yenidənqurma işləri aparılaraq uzunluğu 20 metr olan 2 keçid körpüsü, minik və enişlərin təmin olunması üçün 2 teleskopik trap quraşdırılıb. Ümumiyyətlə, sərnişinlərin rahatlığı üçün terminalda bütün tədbirlər görülüb. Hərəkət məhdudiyyəti olan sərnişinlər üçün 2 lift avadanlığı quraşdırılıb, uzunluğu 41 metr olan baqaj konveyeri və eskalator da istifadəyə verilib. Bütün bu yeniliklər hava limanının sərnişin dövriyyəsini iki dəfədən çox artıraraq saatda 150-200 nəfərdən 400-450 nəfərə çatdırılmasına imkan verir.
* * *
Həmin gün yenidən qurulan Ећəkərabad-Babək qəsəbə - Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun da açılışı olub. Babək rayonunun bir sıra yaşayış məntəqələrini birləşdirən, uzunluğu 16 kilometrə yaxın, eni 7,5 metr olan yol bir il müddətində tamamilə yenidən qurulub: 455 metr uzunluğunda beton kanal çəkilib, yol boyunca 8 yerdə beton su keçidi, 38 yerdə boru su keçidi tikilib, lazımi yol nişanları və göstəriciləri qoyulub. Ən başlıcası isə, bu rahat yoldan həmin ərazidə yaşayan 32 min sakin istifadə edir.
* * *
Nehrəm kənd 2 saylı orta məktəbin yeni binası istifadəyə verilib. Ümumi sahəsi 5165 kvadratmetr olan məktəb binası üçmərtəbəlidir. Burada 990 şagird təhsil alır. Onların ixtiyarına 42 sinif otağı, kimya, fizika və biologiya fənlərinin tədrisi üçün laboratoriyalar, hərbi kabinet verilib. Bundan başqa, məktəblilərin şahmatın sirlərinə yiyələnmələri üçün 2 xüsusi sinif ayrılıb. Kitabxana, müəllimlər otağı, idman zalı ən müasir avadanlıqlarla təmin olunub. Məktəbdə 5 elektron lövhə quraşdırılaraq optik kabelli internet şəbəkəsinə qoşulub.
* * *
Naxçıvan Muxtar Respublikası Xəstəxanası da açılıb. Xəstəxana səkkizmərtəbəlidir və ən son tibbi avadanlıqlarla təmin olunub. Əsaslı təmir və yenidənqurma işlərindən sonra 300 çarpayılıq xəstəxanada 14 stasionar şöbə fəaliyyət göstərir. Bura travmatologiya, təcili və təxirəsalınmaz tibbi yardım, ümumi terapiya, nevrologiya, hematologiya, göz xəstəlikləri, burun-qulaq-boğaz, endokrin xəstəliklər, urologiya, cərrahiyyə, neyrocərrahiyyə, reanimasiya və reabilitasiya şöbələri daxildir. Xəstəxanada pulmonologiya, qastroenterologiya, hemodializ kimi üç stasionar bölmə, həmçinin qəbul, radiologiya, laboratoriya, Konsultativ diaqnostik poliklinika, Mərkəzi qan bankı, Dərman vasitələrinin mərkəzləşdirilmiş analitik ekspertiza laboratoriyası fəaliyyət göstərir. Fizioterapiya, hidroterapiya, Naftalan nefti ilə müalicə, əməliyyat bölmələri və çoxsaylı yardımçı kabinetlər də xəstələrin istifadəsinə verilib. 130 həkimin, 467 orta və kiçik tibb işçisinin çalışdığı xəstəxanada elmi-tibbi kitabxana da fəaliyyət göstərir.
* * *
Naxçıvan Sənaye Kompleksi işə salınıb. Kompleksin ümumi sahəsi 9 hektardır və özündə 4 zavodu birləşdirir. Bunlar gips, gips lövhələr, əhəng və məsaməli beton istehsal edən zavodlardır. Müasir avadanlıqların quraşdırıldığı zavodlarda istehsal prosesini avtomatik idarəetmə və təhlükəsizliyə videonəzarət sistemləri yaradılıb. Kompleksin fəaliyyətə başlaması daxili tələbatın ödənilməsi ilə yanaşı, yerli inşaat materiallarının ixracına da imkan verir.
* * *
Naxçıvan Günəş Elektrik Stansiyasının da açılışı olub. 20 meqavat gücə malik stansiyada müasir "Ећüşə-şüşə" tipli 78 min 684 günəş panelləri, onlar üçün dayaqlar və 11 elektrik yarımstansiyası quraşdırılıb. Panellərlə transformator yarımstansiyaları, transformator yarımstansiyaları ilə birləşdirici məntəqə arasında kabel və yüksək gərginlikli elektrik ötürücü, həmçinin yaxınlıqdakı "Xal-xal" yarımstansiyasına qədər 35 kilovoltluq kabel xətti çəkilib. Naxçıvan Günəş Elektrik Stansiyasında il ərzində 30 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal olunur. Qeyd edək ki, bu iri layihə alternativ enerji mənbəyi kimi Naxçıvanın enerji təminatının tamamilə yerli ehtiyatlar hesabına ödənilməsində mühüm rol oynayır.

BAKI

Prezident İlham Əliyev dekabrın 5-də Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin açılışında iştirak edib.
Burada 80 nəfərlik heyət üçün iş otaqları, müasir avadanlıqlarla təchiz edilmiş 140 nəfərlik konfrans və videonümayiş zalları, videokonfrans, treninq xidmət və digər otaqlar yaradılıb. Mərkəzdə dövlət əmlakının avtomatlaşdırılmış idarəedilməsi, daşınmaz əmlaklar və torpaqlar, milli qeydiyyat sistemi, daşınmaz əmlakın kadastrı və qeydiyyatı, ünvan reyestri kimi informasiya sistemləri fəaliyyət göstərir.
* * *
Dekabrın 24-də gözdən əlillər üçün yeni yaşayış binası istifadəyə verilib. Binada gözdən əlillər üçün xüsusi layihə əsasında lazımi məişət şəraiti yaradılıb. Onların əl və ayaqla hiss etmələrinin asanlaşdırılması üçün müvafiq yerlərdə xüsusi tikinti materiallarından və işarələrdən istifadə olunub. Bina 132 mənzildən ibarətdir. Mənzillərin hamısı təmir olunub.
* * *
Dekabrın 25-də Xəzər rayonunda 110 kilovoltluq "Buzovna-2", "Fatmayı", "Məhəmmədi", eləcə də 221, 219, 86 və 87 saylı yarımstansiyalar istismara verilib. "Buzovna-2" yarımstansiyası "Buzovna dartı" yarımstansiyasının yerində inşa olunub. Beynəlxalq tələblərə cavab verən yeni energetika qurğusu yüksək peşəkarlıqla həyata keçirilir. "Buzovna-2" yarımstansiyası Buzovna, Zuğulba, Albalılı qəsəbələrini, bir sıra dövlət əhəmiyyətli qurumları, həmçinin istirahət, turizm, tibb və digər obyektləri fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edir. Yarımstansiyada hər birinin gücü 40 meqavoltamper olan transformatorlar quraşdırılıb. Yeni "Buzovna-2" yarımstansiyası Xəzər rayonunun böyük bir hissəsini elektrik enerji təchizatının yaxşılaşdırılması, ərazidə elektrik enerjisinə artan tələbatın ödənilməsi, 110 və 35 kilovoltluq elektrik şəbəkələrinin əlaqələndirilməsi işində mühüm rol oynayır.
* * *
Dekabrın 28-də Bakıda "Baytarlıq şəhərçiyi"nin açılışı olub. "Baytarlıq şəhərciyi" 1,25 hektar ərazidə yerləşir. Bu layihədə beynəlxalq təcrübədən geniş istifadə edilib, laboratoriyaların beynəlxalq akkreditasiyasından keçməsi üçün bütün tələblər nəzərə alınıb. Tullantıların ekoloji normalara uyğun saxlanılması və utilizasiyası məsələləri yüksək səviyyədə həll edilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti, Baytarlıq Elmi-Tədqiqat İnstitutu və Respublika Baytarlıq Laboratoriyasının inzibati binalarının yerləşdiyi ərazidə genişmiqyaslı abadlıq-quruculuq işləri aparılıb, lazımi infrastruktur yaradılıb.
* * *
Həmin gün metronun "Elmlər Akademiyası" stansiyasının ikinci çıxışı da istifadəyə verilib. Bu çıxış layihəyə əsasən, dördçıxışlı yeraltı vestibüldən, 70,4 metr uzunluğunda mailli tuneldən, 37 metr piyada və 26 metr uzunluqda keçid tunellərindən və yarımstansiyadan ibarətdir. Kompleksin ümumi sahəsi 4,3 min kvadratmetrdir. Stansiyanın ikinci çıxışında 7 müasir eskalator, piyada tunelində təhlükəsizlik kameraları quraşdırılıb. İkinci çıxışın tikintisində əsas məqsəd sərnişinlərin rahatlığı ilə yanaşı, onların təhlükəsizliyinin təmin edilməsidir.
Dekabrın 30-da Zirə Mədəniyyət Mərkəzinin və eko-parkın açılışı olub. Xüsusi layihə əsasında tikilmiş mərkəzin ümumi sahəsi 6 min kvadratmetrdir. Burada yaşıllıq sahəsi salınıb, müxtəlif növ ekzotik bitkilər, gül və ağaclar əkilib, köşklər qurulub, su-kanal sistemi yaradılıb. Mərkəzin xarici dil kabinetlərində ingilis, rus və fransız dillərinin öyrənilməsi üçün bütün dərs vəsaitləri var. Kabinetlərdə elektron lövhə qurulub, hər cür şagird masası son elektron texnologiyalı kompüterlərlə təchiz olunub.
Zirə Mədəniyyət Mərkəzindəki IDEA resurs mərkəzi ölkə üzrə fəaliyyət göstərən analoji mərkəzlərdən biridir və Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq Təşkilatının ideyası ilə yaradılıb.

Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: