Zoologiya İnstitutunda tədqiqatlar aparılır

17-02-2016, 08:00
573

http://s019.radikal.ru/i641/1602/b4/fecb5fbbf9fe.jpg


Ötən il Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun hidrobiologiya laboratoriyasının elmi işçisi K.Tapdıqova "Abşeron yarımadasının duzlu və hiperqalin göllərində Artemia xərçənginin yayılması, ehtiyatı və səmərəli istifadə olunması yolları" mövzusunda elmi tədqiqat işinə aid material toplamaq üçün Abşeron yarımadasında ekspedisiyada olub.

İnstitutdan bildiriblər ki, ekspedisiya müddətində qeyd olunan ərazidə 11 göl tədqiq edilib. Bundan başqa, göllərdə bir sıra yardımçı hidroloji və ekoloji müşahidələr aparılıb. Hazırda nümunələr laboratoriya şəraitində təhlil edilir.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: