Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərindən istifadə sayı 56,7 faiz artıb

1-03-2016, 12:00
524

http://s017.radikal.ru/i441/1603/64/e8257295e147.png


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə müraciətlərin sayı artmaqda davam edir. Cari ilin fevral ayında nazirliyin e-xidmətlərindən istifadə sayı əvvəlki yanvar ayı ilə müqayisədə 56,7 faiz artaraq 273 min 724-ə çatıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemindən faydalananların sayında da artım özünü göstərib. Belə ki, fevral ayında əhali "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" e-xidmətindən 180 min 61 dəfə, "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" e-xidmətindən isə 25 min 578 dəfə istifadə edib ki, bu da yanvar ayı ilə müqayisədə müvafiq olaraq 45,6 faiz və 11,2 faiz çoxdur.

Qeyd edək ki, əmək müqaviləsi bildirişləri üzrə elektron qeydiyyat sisteminin tətbiqi ilə əlaqədar istifadəyə verilən hər iki e-xidmət son iki ilə yaxın müddətdə vətəndaşların ən çox müraciət etdiyi e-xidmətlər sırasındadırlar.

Bununla yanaşı, fevral ayında əhali nazirliyin "İş yerinə dair arayış" e-xidmətindən 14 min 751 dəfə, "Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi" e-xidmətindən 13 min 229 dəfə faydalanıb. "Sosial müavinətlərin və təqaüdlərin hesablanması üzrə sosial kalkulyator" e-xidmətindən 5 min 355 dəfə, "İşsizlik müavinətinin məbləğinin hesablanması kalkulyatoru" e-xidmətindən 4 min 560 dəfə, "Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi" e-xidmətindən isə 1 min 584 dəfə istifadə qeydə alınıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı dövlət sosial yardımı üzrə yeni elektron müraciət və təyinat sisteminin tətbiqi ilə əlaqədar fevral ayının sonlarına doğru əhalinin istifadəsinə verilən "Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi" e-xidməti əhalinin geniş şəkildə yararlandığı e-xidmətlərdən birinə çevrilib. Qısa müddətdə bu e-xidmətə artıq 28 min 606 dəfə müraciət olunub.

Ümumilikdə cari ilin yanvar-fevral aylarında əhali Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərindən 448 min 432 dəfə istifadə edib ki, bu da son iki ayda "Elektron Hökumət" portalından ümumi istifadənin (1 727 877 dəfə istifadə) 26 faizə yaxını deməkdir.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: