"Formula-1" üzrə Avropa Qran-pri yarışlarının media akkreditasiyası prosesinə start verilib

1-03-2016, 15:00
570

http://s017.radikal.ru/i408/1603/ca/6dc500d52826.jpg


Martın 1-dən "Formula-1" üzrə Avropa Qran-pri yarışlarının media akkreditasiyası prosesinə start verilib.

Yerli media nümayəndələri üçün nəzərdə tutulan akkreditasiya prosesi martın 31-dək onlayn qaydada təşkil olunacaq. Akkreditasiya iyunda Azərbaycanda keçiriləcək "Formula-1" Avropa Qran-pri yarışlarının təşkilatçısı "Bakı Ећəhər Halqası" Əməliyyat Ећirkətinin (BЕћH) rəsmi internet səhifəsində (www.bakucitycircuit.com/az) aparılır.

BЕћH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri və "Formula-1" üzrə Avropa Qran-prisinin milli mətbuat katibi Nigar Arpadarai jurnalistləri akkreditasiya prosesində fəal olmağa dəvət edərək deyib: "Bakıda ilk dəfə keçiriləcək Avropa Qran-prisində yerli jurnalistlərin iştirakı bizim üçün olduqca əhəmiyyətlidir. Xüsusilə də "Formula-1" kimi dünya əhəmiyyətli bir yarışa vəsiqə qazanıb onu işıqlandırmaq jurnalistlərimiz üçün nadir fürsətdir. Bu işdə hamınızı fəal olmağa çağırıram".

Avropa Qran-pri yarışları iyunun 17-19-da Bakıda təşkil olunacaq. Qran-pri yarışlarını dünyanın 187 ölkəsində 500 milyondan çox insan seyr edir. Sinqapur, Monako və Melbrun kimi, Bakıda da bu mötəbər yarış şəhər trekində keçiriləcək.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: