Bəzi yerlərdə havanın temperaturu 21 dərəcəyədək yüksələcək

1-03-2016, 17:00
474

http://s019.radikal.ru/i623/1603/d6/12e6c47ae4d3.jpg


Martın 2-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman və çiskin olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 6-8В° isti, gündüz 12-17В° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 763 mm civə sütünuna enəcək. Nisbi rütubət gecə 80-90, gündüz 60-70 faz təşkil edəcək.
Martın 2-3-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli düşməsi fonunda arabir güclənən gilavar küləyi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7В° isti, gündüz 17-22В° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Ећuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Arabir güclənən cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6В° isti, gündüz 11-16В° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10В° isti, gündüz 16-21В° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Ећəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Ећamaxı, Siyəzən, Ећabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10В° isti, gündüz 14-19В° isti, dağlarda gecə 0-5В° isti, gündüz 9-14В° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Ећirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim cənub küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 6-11В° isti, gündüz 16-21В° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-11В° isti, gündüz 15-20В° isti, dağlarda gecə 0-5В° isti, gündüz 10-15В° isti təşkil edəcək.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: