"Etilen-polietilen" zavodunun yenidənqurulması layihəsi çərçivəsində müqavilə imzalanmışdır

10-03-2016, 09:50
478

http://s017.radikal.ru/i419/1603/71/19e64451cff0.jpg

http://s018.radikal.ru/i526/1603/b2/5a05cfbd1b4e.jpg

http://s018.radikal.ru/i522/1603/4e/8f05a69e4197.jpg

http://s017.radikal.ru/i409/1603/71/8555cfd1455a.jpg


Martın 9-da SOCAR-ın Baş ofisində "Azərikimya" İstehsalat Birliyinin "Etilen-polietilen" zavodunun yenidənqurulması layihəsi çərçivəsində Birlik ilə "Technip İtaly" şirkəti arasında detallı mühəndislik və təchizata dəstək xidmətləri üzrə ilkin işlərə dair müqavilənin imzalanma mərasimi keçirilmişdir.
Mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, İtaliya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Giampaolo Cutillo, "Technip İtaly" şirkətinin Baş İcraçı Direktoru Marco Villa, hər iki şirkətin rəhbər nümayəndələri iştirak etmişlər.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev qonaqları salamlayaraq, "Etilen-polietilen" zavodunun rekonstruksiyası layihəsi çərçivəsində görülmüş işlərdən bəhs etmiş, bildirmişdir ki, həyata keçiriləcək tədbirlər nəticəsində mövcud texnoloji qurğular modernləşdiriləcək, yeni qurğular inşa olunacaq, nəticədə Birliyin istehsal gücü artacaq, Sumqayıtda tikintisinə başlanılmış Polipropilen və Polietilen qurğuları xammal ilə təmin ediləcək, ölkənin bu məhsullara tələbatı ödəniləcək, ixrac potensialı artacaq, texnoloji prosesin stabil və təhlükəsiz istismarının gücləndirilməsi, xammal və hazır məhsulların keyfiyyətinin yüksəldilməsi təmin olunacaqdır.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: