KXDR Cənubi Koreyanı qabaqlayıcı zərbə vurmaqla hədələyib 12 Mart 2016

12-03-2016, 15:00
442

http://www.azerbaijan-news.az/images/contents/df1901ca24e4e9b475f8afdea1331244.jpg


KXDR hökuməti Cənubi Koreya və ABЕћ ordularının keçirdiyi müştərək hərbi təlimlərə cavab olaraq cənub qonşusunun ərazisinə qabaqlayıcı zərbə vurmağa hazır olduğunu bəyan edib.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Ећimali Koreyanın baş qərargahının bəyanatında zərbələrin Seulun təcavüz hazırlaması barədə azacıq da olsa nişanəsi görünəcəyi təqdirdə vurulacağı deyilir. "Bu halda KXDR ordusu Cənubi Koreyanın azad olunması və milli birlik uğrunda əməliyyatlara başlamağa hazırdır", – bəyanatda qeyd olunur.
Martın 10-da KXDR ballistik raketi sınaqdan keçirdikdən sonra ölkə lideri Kim Çen In strateji qoşun hissələrinə daimi döyüş hazırlığı səviyyəsinə keçməyi əmr edib.
Xatırladaq ki, martın 7-də ABЕћ və Cənubi Koreyanın ən iri birgə hərbi təlimləri start götürüb. Təlimlərdə 300 mindən çox cənubi koreyalı və 15 min amerikalı hərbçi iştirak edir.
Bundan bir qədər əvvəl isə BMT-nin Təhlükəsizlik Ећurası Pxenyanın nüvə və raket sınaqlarına cavab olaraq KXDR-ə qarşı sanksiyaların sərtləşməsi barədə qətnamə qəbul edib.


Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: