Baş nazir Artur Rasizadə: Ötən il meyvə-tərəvəz məhsullarının ixracı 7,2 faiz artıb

15-03-2016, 14:00
0
Жалоба

http://www.azerbaijan-news.az/images/contents/43e74dbee0ee9b2f3de4a28b22c551fe.jpg


Azərbaycan Prezidentinin 2015-ci ili "Kənd təsərrüfatı ili" elan etməsi bu sahənin inkişafına ciddi təkan verib.
AZƏRTAC xəbər verir ki, martın 15-də Milli Məclisin iclasında Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti barədə hesabatla çıxış edən Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə bu barədə məlumat verib.
Baş nazir bildirib ki, kənd təsərrüfatında məhsul istehsalı əvvəlki illə müqayisədə dəyər ifadəsində 6,6 faiz artıb. Bitkiçilikdə artım 11,3 faiz, heyvandarlıqda isə 2,5 faiz təşkil edib. İl ərzində meyvə-tərəvəz məhsulları ixracının həcmi 7,2 faiz artaraq, 312 milyon dollara çatıb.


Mənbə: http://www.azerbaijan-news.az


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация