Tur-aksiya iştirakçıları Naxçıvanın mədəniyyət və istehsalat müəssisələri ilə tanış olublar

26-03-2016, 10:00
419

http://www.azerbaijan-news.az/images/contents/71541325398f0c5be361fa9c4eead087.jpg


"Xan Sarayı" Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksi, o cümlədən Naxçıvan Muxtar Respublikasının istehsalat müəssisələri ilə tanışlıq "Ölkəmizi tanıyaq" tur-aksiyasının iştirakçılarında marağa səbəb olub.
AZƏRTAC xəbər verir ki, Naxçıvan şəhərindəki Əcəmi seyrəngahında açıq səma altında nümayiş etdirilən daş abidələr şagirdlərdə xoş təəssürat yaradıb. Onlar Naxçıvan Muxtar Respublikasının ərazisindən tapılan müxtəlif dövrlərə aid 450 maddi-mədəniyyət nümunəsinə – daşdan düzəldilmiş qoç heykəllərə, daş kitabələrə, müxtəlif daş fiqurlara, qəbirüstü sənduqələrə diqqətə baxıblar, maddi-mədəniyyət nümunələri barədə ətraflı məlumatlar əldə ediblər.
Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Ећərq memarlığı incilərindən biri olan Möminə Xatun türbəsi ilə tanışlıq da məktəblilərdə xoş təəssürat yaradıb. Bildirilib ki, türbə Azərbaycanın Atabəylər dövlətinin banisi Ећəmsəddin Eldənizin göstərişi ilə 1186-cı ildə tikilib. Həyat yoldaşı Möminə xatunun məzarı ucaldılmış məqbərə tanınmış memar Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən inşa olunub.
Xan sarayında tur-aksiya iştirakçılarına məlumat verilib ki, bu muzey Naxçıvan xanlığının milli dövlətçiliyimizdəki rolu, Azərbaycanın bu ərazisindəki torpaqlarının qorunub saxlanılmasındakı xidmətləri nəzərə alınaraq yaradılıb. Hazırda 8 ekspozisiya zalından ibarət olan muzeydə 900-dən çox eksponat var. Bu eksponatlar içərisində arxiv sənədləri, fotoşəkillər, Naxçıvan xanlarının şəcərəsi, xanlığın xəritəsi nümayiş etdirilir.
Biznes Mərkəzində şagirdlərə məlumat verilib ki, hazırda burada muxtar respublikada 96 istehsal və xidmət müəssisəsi tərəfindən istehsal olunan məhsullar nümayiş etdirilir. Sərgidə Naxçıvanın yerli məhsulları olan kərpicdən mebel dəstinə, kiçik plastik hissələrdən dam örtüyünə, mineral sulardan ərzaq məhsullarına, Naxçıvan duzundan konservləşdirilmiş qovurmaya qədər 900-dən çox çeşiddə müxtəlif məhsullar nümayiş etdirilir. Muxtar respublikamızdakı iri özəl sektor təmsilçiləri olan Gəmiqaya Holdinq, Dizayn Holdinq, Araz Holdinq, Cahan Holdinq, Zümrüd Kiçik Müəssisəsi, "Ləzzət Qida Sənaye" Məhdud Məsuliyyətli Cəmiyyəti, Babək "Sirab" Açıq Səhmdar Cəmiyyəti ilə yanaşı, çox sayda digər orta və kiçik biznes qurumlarının məhsulları da burada öz yerini tutub.
Xalq yaradıcılığı emalatxanası ilə tanışlıq zamanı qeyd edilib ki, bu gün muxtar respublikada milli sənət növlərinin yaşadılmasına və inkişaf etdirilməsinə ciddi diqqət yetirilir. Naxçıvan şəhərində xalq yaradıcılığı emalatxanasının yaradılması Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında" 2009-cu il fevralın 7-də imzaladığı Sərəncamdan irəli gələn vəzifələrin icrası istiqamətində atılan növbəti addım olub. Hazırda emalatxanada xalçaçılıq, dekorativ-tətbiqi sənət, ağac üzərində oyma, dulusçuluq kimi xalq yaradıcılığı sahələri ilə məşğul olan sənətkarlar fəaliyyət göstərirlər.
Naxçıvan Avtomobil Zavodunda qonaqlara məlumat verilib ki, burada Almaniyadan, İtaliyadan və Belçikadan gətirilmiş müasir texnoloji avadanlıqlar quraşdırılıb. İstehsal prosesi konveyer üsulu ilə təşkil edilib. Bu ilin sonunadək Naxçıvan Avtomobil Zavodunda əlavə 7 "NAZ-Lifan" modelinin istehsalına başlanması planlaşdırılır. Zavod Azərbaycanda yeganə müəssisədir ki, avtomobillərin bütün hissələri burada yığılır. Bu da zavodda istənilən modeldə minik və yük avtomobillərinin istehsalına imkan verir. Hazırda zavodda 10 modeldə "NAZ-Lifan" avtomobili istehsal olunur. Respublikada sifarişlərin artması nəzərə alınaraq, zavod model sırasını genişləndirir.
"Gəmiqaya Mineral Sular" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə tanışlıq "Badamlı" zavodundan başlayıb. Burada bildirilib ki, muxtar respublikada sahibkarlıq mühitinin formalaşdırılması, iş adamları üçün əlverişli şəraitin yaradılması "Badamlı" mineral suyunun da əvvəlki şöhrətini özünə qaytarıb, 2004-cü ildə özəlləşdirilən müəssisədə daha keyfiyyətli məhsul istehsalına başlanılıb. "Gəmiqaya Mineral Sular" Məhdud Məsuliyyətli Cəmiyyəti müəssisəyə bazar iqtisadiyyatının tələblərinə uyğun yeni həyat verib. Naxçıvan şəhərində 2,1 hektar ərazini əhatə edən və ümumi sahəsi 9 min 590, istehsal sahəsi isə 3 min 600 kvadratmetr olan yeni istehsal müəssisəsi 2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.
Vurğulanıb ki, zavodda məhsulun keyfiyyətinə ciddi nəzarət edilir. Burada Almaniya istehsalı olan müasir avadanlıqla təmin edilmiş xüsusi laboratoriya qurulub. Laboratoriyada suyun minerallıq dərəcəsi, qələviliyi, ümumi analizləri yoxlanılır, keyfiyyətə zəmanət verilir. Bunun nəticəsidir ki, "Badamlı" mineral suyu beynəlxalq sərgilərdə yüksək qiymətləndirilir. "Gəmiqaya Mineral Sular" MMC-də bütün istehsal prosesi İSO keyfiyyətli idarəetmə sisteminin və qida təhlükəsizliyinin tələblərinə uyğun qurulub. Bu baxımdan iqtisadi əlaqələr daha da genişləndirilib, cari ilin ötən dövründə istehsal edilən "Badamlı" mineral süfrə suyunun 27 faizi muxtar respublika ərazisində, 70 faizi Bakı şəhərində və müxtəlif regionlarda satışa çıxarılıb, 3 faizi isə Rusiya Federasiyasına ixrac olunub. Mineral suyun digər xarici ölkələrə ixracı istiqamətində işlər davam etdirilir.

Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: