Tur-aksiya məktəblilərin vətənpərvərlik ruhunun yüksəldilməsində mühüm rol oynayır

26-03-2016, 12:00
556

http://www.azerbaijan-news.az/images/contents/03c2caed3dfc79d9d4a089c75c5ab235.jpg


"Ölkəmizi tanıyaq" devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın ikinci mərhələsi çərçivəsində Naxçıvan Muxtar Respublikasından Bakıya gələn məktəblilər martın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində olublar.
AZƏRTAC xəbər verir ki, muxtar respublika məktəblərinin IX-XI siniflərində təhsil alan şagirdlərə muzeyin fəaliyyəti, müəssisədə qorunan müxtəlif əsrlərə aid eksponatlar barədə məlumat verilib. Bildirilib ki, məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin 1895-1901-ci illərdə tikdirdiyi sarayda fəaliyyət göstərən Milli Azərbaycan Tarixi Muzeyində üç yüz mindən artıq tarixi eksponat qorunur və H.Z.Tağıyevin xatirə muzeyi də burada yerləşir.
Ећagirdlər müxtəlif əsrlərə aid eksponatlarla, o cümlədən, e.ə. II minilliyə aid saxsı qablar, bəzək əşyaları, V minilliyə aid trepanasiyalı kəllə sümüyü ilə tanış olublar.
Sonra şagirdlər Azərbaycan Milli İncəsənət Muzeyinə gəliblər. Müəssisə müstəqil muzey kimi 1936-cı ildə yaradılıb. Muzeydə orta əsrlərə, intibah dövrünə, qədim Azərbaycana aid eksponatlar, rəsm əsərləri, tətbiqi incəsənət nümunələri və s. nümayiş etdirilir.
Ећagirdlər muzeydə məşhur alman, rus, italiya rəssamlarının mənzərə, portret və digər janrlarda yaratdıqları incəsənət nümunələri ilə də tanış olublar.
Maarifləndirici tur-aksiya məktəblilərin tariximiz və mədəniyyətimizlə bağlı təəssüratlarının zənginləşməsində, onların vətənpərvərlik ruhunun daha da yüksəlməsində əhəmiyyətli rol oynayır.

Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: