Məktəblilər cənub bölgəsinə səyahətlərinin ikinci günü Lənkəranla tanış olublar

26-03-2016, 15:00
618

http://www.azerbaijan-news.az/images/contents/9b4ec61e4e16f973d291ebdff0268e93.jpg


"Ölkəmizi tanıyaq" tur-aksiyasının iştirakçısı olan Sumqayıt və Ећuşa şəhərlərinin, Abşeron, Tərtər, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan rayonlarının məktəbliləri martın 25-də Lənkəran rayonu ilə tanışlığı davam etdiriblər.
AZƏRTAC xəbər verir ki, tur-aksiyanın iştirakçıları əvvəlcə Hirkan Milli Parkına gəliblər. Məlumat verilib ki, Lənkəran və Astara inzibati rayonlarının ərazisində yerləşən Hirkan Milli Parkı zəngin flora və faunasına görə nəinki Azərbaycanın, dünyanın ən nadir və unikal milli parkı hesab olunur. Burada buzlaşma dövründən qabaqkı endemik, relikt dövr bitkiləri, o cümlədən heyvanat aləmi qorunub saxlanılır.
Ərazisi 40 min 358 hektar olan Hirkan Milli Parkında Azərbaycanın "Qırmızı kitab"ında olan ağac və kol bitkilərinin yarıdan çoxuna təsadüf edilir. Parkda təkcə nadir bitki aləmi deyil, nəsli tükənməkdə olan heyvan növləri də qorunur.
Hirkan Milli Parkı ilə tanışlıqdan sonra məktəblilər "Xanbulan" istirahət mərkəzinə səyahət edib, çay plantasiyalarında və sitrus meyvə bağlarında olublar.
Məktəblilərə məlumat verilib ki, Lənkəranda ilk dəfə çay bitkisi 1898-ci ildə əkilib. Sovetlər dövründə Azərbaycanda tələbatın 70 faizi respublikada istehsal olunan məhsul ilə ödənib.
Bildirilib ki, uzun müddət tənəzzül dövrünü yaşayan çayçılıq təsərrüfatı regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında müəyyən edilmiş tədbirlərin icrası nəticəsində özünün yeni dirçəliş dövrünü yaşayır.
Lənkəran şəhərindəki Qoşa qala qapıları, Dairəvi qala, "Mayak" binası, Bayraq Meydanı və tarix-diyarşünaslıq muzeyi ilə tanışlıq da məktəblilərin böyük marağına səbəb olub.
Daha sonra tur-aksiya iştirakçıları iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsini ziyarət edib, qəhrəmanın Lənkəran şəhərindəki ev-muzeyində nümayiş etdirilən eksponatlara baxıblar. Burada şagirdlərə H.Aslanovun İkinci Dünya Müharibəsində keçdiyi şərəfli döyüş yolu barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, 34 yaşında iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına və general rütbəsinə layiq görülən həmyerlimizin adı qəhrəmanlıq simvoluna çevrilib.
Lənkəranla tanışlıqdan sonra məktəblilər martın 26-da səyahətlərini Lerik və Astara rayonlarında davam etdirəcəklər.

Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: