Göyçay məktəblisi: Dostlarımla bölüşəcək xoş təəssüratlarım var

27-03-2016, 09:00
493

http://www.azerbaijan-news.az/images/contents/8f888d900ece1ea15ca2f8fde7629198.jpg


Ећimal bölgəsinə ekskursiya zamanı "Ећabran şəhəri" tarixi qoruğu, Ећahdağ Turizm Mərkəzi, Ећeyx Cüneyd türbəsi, Qırmızı qəsəbə, Quba Soyqırımı Memorial Kompleksi və bir çox başqa maraqlı yerlərdə olmuşuq. Bu regiondakı hər bir rayonun özünəməxsus təbii gözəlliyi və tarixi məkanları var. Artıq üçüncü gündür ekskursiyamız davam edir. Sinif yoldaşlarım və dostlarımla bölüşəcək xeyli xoş təəssüratlarım var.
Bu sözləri AZƏRTAC-a müsahibəsində "Ölkəmizi tanıyaq" devizi ilə təşkil edilən maarifləndirici tur-aksiyanın iştirakçısı Göyçay şəhər Akademik Ziya Bünyadov adına 3 nömrəli tam orta məktəbin IX sinif şagirdi Süsən Hümbətova deyib.
Məktəbli bildirib ki, Quba-Qusar-Xaçmaz marşrutu üzrə tur-aksiyaya səkkiz rayonu təmsil edən məktəblilərlə bir yerdə qoşulublar. "Ekskursiya müddətində şimal rayonlarının görməli yerlərini tanımaqla yanaşı, həm də tətilimizi çox səmərəli keçiririk. Axşam saatlarında başqa məktəblərin şagirdləri ilə birgə intellektual oyunlar oynayır, müxtəlif mövzularda müzakirələr aparırıq. Bununla da aramızda dostluq münasibətləri yaranır. İndi mənim Xocalı, Ећirvan, Kəlbəcər və başqa rayonlardan olan xeyli dostlarım var. Biz məktəblilərə belə imkan yaratdığı üçün dövlətimizin başçısına təşəkkür edirəm", - deyə Süsən Hümbətova vurğulayıb.

Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: