"Ölkəmizi tanıyaq" tur-aksiyası şagirdlərin Vətənimizə məhəbbətlərini daha da artırır

27-03-2016, 09:30
434

http://www.azerbaijan-news.az/images/contents/084ef5e4c87e98d4d795ae1573f4eea6.jpg


"Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyası çərçivəsində Gəncə-Ећəmkir-Göygöl marşrutu üzrə ekskursiyaya çıxan Beyləqan, İmişli və Kürdəmir məktəbliləri bölgə ilə tanışlığı martın 26-da Ећəmkirdə davam etdiriblər. Məktəblilər rayonun tarix-mədəniyyət abidələri, turizm obyektləri, görməli yerləri ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, səhər tezdən Ећəmkirə gələn məktəbliləri rayonun icra hakimiyyətinin nümayəndələri, təhsil və mədəniyyət işçiləri qarşılayıblar. Rayonla tanışlığa orta əsr Ећəmkir qalasından başlayan tur-aksiya iştirakçılarına məlumat verilib ki, tarixi "İpək Yolu" üzərində yerləşən bu qədim şəhər 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu əməkdaşlarının ərazidə apardıqları qazıntılar zamanı aşkar edilib. Alimlərin araşdırmaları zamanı məlum olub ki, şəhər ərəb, Bizans, Hülakü və Atabəylər dövlətlərindən sonra rus qoşunlarının da hücumlarına məruz qalaraq dağılıb.
Məktəblilər Muxtariyyə kəndi ərazisində yerləşən bu tarixi abidə qarşısında xatirə şəkli çəkdirdikdən sonra rayon mərkəzinə gəliblər. Ећagirdlər Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və siyasi fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. Mərkəzdə dahi şəxsiyyətin müxtəlif dövlətlərdə keçirdiyi görüşləri əks etdirən fotoşəkillərə baxan məktəblilər Ulu Öndərin müstəqil Azərbaycanın inkişafı və dünya birliyində özünə layiqli yer tutması üçün gördüyü işlərlə bağlı məlumatı maraqla dinləyiblər. Sonra şagirdlər bayraq muzeyində, gənclər mərkəzində, abidələr parkında, eləcə də vaxtilə burada yaşamış almanların inşa etdirdikləri Lüteran kilsəsində olublar.
Ümumi qrupun rəhbəri Hikmət Məmmədov Ећəmkirlə bağlı təəssüratlarını bölüşərkən deyib ki, dövlətimizin başçısı təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə diqqət və qayğı göstərdiyi kimi, şagirdlərin asudə vaxtlarının səmərəli təşkili və onlarda vətənpərvərlik hissinin yüksəldilməsinin də qayğısına qalır. Elə "Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyanın təşkili buna əyani misaldır. Üç gündür respublikamızın qərb bölgəsindəyik. Burada çox şey öyrəndik və gördük. Söz yox ki, şagirdlərimiz ölkəmizin bölgələrini gəzdikcə onların doğma Vətənə olan məhəbbətləri daha da artır. Bütün bunlara görə dövlətimizin başçısına minnətdarıq.
Tur-aksiya iştirakçıları Ећəmkirdən Göygöl rayonuna yola düşüblər.

Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: