Ећahbuz rayonu tur-aksiya iştirakçılarının hədsiz marağına səbəb olub

27-03-2016, 10:00
421

http://www.azerbaijan-news.az/images/contents/302996973fa913ce1266658c66beb833.jpg


"Ölkəmizi tanıyaq" tur-aksiyasının iştirakçıları Naxçıvan Muxtar Respublikasının Ећahbuz rayonunda olublar.
Onlara məlumat verilib ki, Naxçıvan Muxtar Respublikasının şimalında, dağlıq və dağətəyi ərazidə yerləşən Ећahbuz rayonunun, demək olar ki, bütün ərazisi bol sulu, iti axan dağ çayları və füsunkar təbii yaşıllıqlarla əhatələnib. Havası yayda sərin, qışda mülayim keçir. Rayonda bir şəhər, bir qəsəbə və 23 kənd var. Ећahbuz şəhəri və Badamlı qəsəbəsi ilə yanaşı, Kolanı, Kükü, Biçənək, Badamlı, Külüs kəndləri rayonun iri yaşayış məntəqələrindəndir. Bütün kəndlər müasir yol və digər sosial infrastruktur şəraiti ilə təmin olunub. Ећahbuzu üzük qaşı kimi dövrəyə alan sıra dağların Salvartı, Küküdağ, Keçəldağ zirvələrinin hündürlüyü 3 min metrdən yüksəkdir. Gözəlliyi ilə göz oxşayan məşhur Batabat meşəsi və Biçənək dağ aşırımı Ећahbuzun hüsnünə xüsusi yaraşıq verir. Bu rayon özünün mineral bulaqları və müalicəvi dərman bitkiləri ilə təkcə ölkəmizdə deyil, bütün regionda yaxşı tanınır. Dərələyəz silsiləsinin cənub yamaclarında, Küküdağ, Qanlıgöl və Batabatda rast gəlinən çox sayda nadir bitki, kol və ağac nümunələri bir sıra müalicəvi xüsusiyyətlərə malikdir. Ећahbuzda geniş panoramlı dağlıq relyef, atmosferin təmizliyi və biomüxtəliflik burada fotoovçuluğun, elmi-müşahidə turizminin və ekoturizmin müxtəlif növləri üçün geniş imkanlar açır.
Ећahbuz rayonunda bir sıra müəssisələr fəaliyyət göstərir. Ећagirdlər "Farma Ећah" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə tanış olublar. Bildirilib ki, müəssisə 2010-cu ildən tam fəaliyyətə başlayıb. Ећahbuz şəhərində yerləşən müəssisədə paketlənmiş dərman bitkiləri, çaylar və bəkməzlər istehsal olunur. Müəssisənin avadanlıqları Çin, İran və Almaniyadan gətirilib. Burada il ərzində 8 ton xammal toplanılaraq emal olunur və qablaşdırılır.
Ећahbuz şəhər 2 saylı tam orta məktəbdə şagirdlərə məlumat verilib ki, məktəb 216 şagird yerlikdir. Məktəbin 3 mindən çox dərslik və bədii ədəbiyyat fondu olan kitabxanasında internet vasitəsilə digər elektron kitabxanalara da müraciət etmək mümkündür. Tur-aksiya iştirakçıları təhsil ocağında üçü elektron lövhə ilə təmin olunmuş 12 sinif otağına, kimya, biologiya və fizika laboratoriyalarına, hərbi kabinəyə, kompüter, şahmat otaqlarına baxıblar. Kompyuter otağında hər biri internetə qoşulmuş 19 kompüter dəsti var. Fənn laboratoriyaları müasir tədris-təcrübə avadanlıqları ilə təmin edilib. Fizika laboratoriyasında quraşdırılan elektron lövhə dərslərin və təcrübə məşğələlərinin müasir tələblər səviyyəsində keçirilməsinə imkan yaradıb.
Ölkəmizdə kənd turizminin tətbiqi sahəsində həyata keçirilən ilkin tədbirlərin nəticəsi kimi diqqəti cəlb edən Ağbulaq İstirahət Mərkəzi də tur-aksiya iştirakçılarının marağına səbəb olub. Bu istirahət mərkəzi 3,5 hektar ərazisi olan 3 yaşayış korpusundan və yeməkxana binasından ibarətdir. İkimərtəbəli və 56 yerlik korpuslarda, ümumilikdə 38 otaq mövcuddur. Burada 80 nəfərlik yemək zalı, mətbəx, ilkin tibbi yardım və 6 iş otağı var. İstirahət mərkəzində kənd məhsullarının satışı mağazası da fəaliyyət göstərir.
Batabat Astrofizika Rəsədxanasında səma cisimlərinin dinamikası və fizikasının öyrənilməsi istiqamətində aparılan araşdırmalar barədə məlumatları maraqla dinləyən şagirdlər rəsədxana ilə yaxından tanış olublar. Dəniz səviyyəsindən 2050 metr yüksəklikdə yerləşən rəsədxana binasının günbəzində "SEYYS-600" tipli teleskop quraşdırılıb. Almaniya istehsalı olan teleskopun qurulması prosesində yerli mütəxəssislərlə yanaşı, Moskva Dövlət Universiteti Astronomiya İnstitutunun əməkdaşları da iştirak ediblər. Muxtar respublika ərazisinin astronomik şəraiti əlverişli, səması təmiz və şəffaf olduğundan bu stansiyada Günəşdən başqa bütün göy cisimlərini - planetləri, kometləri, asteroidləri, ulduzları və yaxın qalaktikaları müşahidə və tədqiq etmək mümkündür.
Ећahbuz Dövlət Təbiət Qoruğu ilə tanışlıq isə buradakı muzeydən başlayıb. Muzeydə qoruq ərazisindəki flora və faunaya aid eksponatlar nümayiş etdirilir. Qoruqda 2899 bitki növü yayılıb ki, bunların bir çoxu, məsələn, müxtəlif rəngli və ətirli süsən növləri, dağlarda yayılmış Ећərq laləsi, ətirli yabanı qərənfil növləri, səhləb, paradoksal süsən və başqaları endemikdir. Qoruğun ərazisi geoloji cəhətdən Təbaşir yaşlı çöküntülərdən ibarət sıldırım qayalıqlarla, nival və allüvial relyef formaları ilə səciyyələnir. Ərazidə şabalıdı və torflu torpaq tiplərinin mövcudluğu landşaft-bitki örtüyünün formalaşmasında böyük rol oynayıb.
Batabat yaylağının füsunkar gözəlliyini maraqla seyr edən məktəblilər Naxçıvanın ecazkar təbiətinə heyran qaldıqlarını bildiriblər.
AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu

Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: