Son dəqiqə:

Məktəblilərin Lerik və Astaraya səfəri maraqlı məqamlarla yadda qalıb

27-03-2016, 11:00
465

http://www.azerbaijan-news.az/images/contents/60af4b5caf7e15d95dcd40c74ae441f7.jpg


"Ölkəmizi tanıyaq" tur-aksiyası çərçivəsində Sumqayıt və Ећuşa şəhərlərinin, Abşeron, Tərtər, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan rayonlarının məktəbliləri Lənkəranla tanışlıqdan sonra martın 26-da Lerik və Astara rayonuna səfər ediblər.
AZƏRTAC xəbər verir ki, məktəblilər Lerikdə Heydər Əliyev Mərkəzində, tarix-diyarşünaslıq və uzunömürlülər muzeylərində, "Relax" turizm və istirahət mərkəzində olublar.
Lerik şəhərindəki Uzunömürlulər Muzeyində toplanan eksponatlara böyük maraqla tamaşa edən şagirdlərə məlumat verilib ki, Azərbaycanın dilbər güşələrindən biri olan Lerik rayonu təkcə özünün qədim tarixi, əsrarəngiz təbii gözəllikləri ilə deyil, uzunömürlü insanları ilə də tanınır. Vaxtilə planetimizin ən qocaman sakini olan Ећirəli Müslümov dağlar qoynunda 168 il ömür sürüb.
Muzeyin dirüktoru Dilarə Fətullayeva qeyd edib ki, hazırda rayonda yaşı 80-ni ötmüş 775, 89-90 yaş arası 100 nəfər, yaşı 100-dən yuxarı olan 8 uzunömürlü yaşayır.
Lerikdən sonra Astaraya gələn məktəbliləri rayon icra hakimiyyətinin, təhsil və mədəniyyət şöbəsinin məsul işçiləri, müəllimlər, şagirdlər və ictimaiyyət nümayəndələri qarşılayıblar. Astara Rayon İcra Hakimiyyəti başçısının müavini Yasəmən Rəsulova tur-aksiya iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib, Prezident İlham Əliyevin tapşırığına əsasən təşkil olunan tur-aksiyaların məktəblilərin dünyagörüşünün formalaşmasında əhəmiyyətli rol oynadığını vurğulayıb.
Tur-aksiyanın iştirakçıları Astaraya səfər çərçivəsində Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olub, "Astaraçay" fabrikində istehsal prosesini izləyib, Astara şəhərində Xəzər dənizi sahili boyu 8 hektar ərazidə salınmış park-bulvar kompleksində gəziblər. Qonaqlar kompleksin ərazisində inşa edilmiş dünyanın ən böyük təndiri - "Sehirli təndir" önündə xatirə şəkli çəkdiriblər.
Məktəblilər, həmçinin rayonun Ərçivan qəsəbəsində "Yanar bulaq"da olub, "Ulduz" bədii filmində Məhəmmədlə Züleyxanın tanışlıq səhnəsinin lentə alındığı məkana baş çəkiblər.
Astara ilə tanışlıqdan sonra tur-aksiya iştirakçıları Lənkərana yola düşüblər.

Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: