Son dəqiqə:

Sumqayıt məktəblisi: regionlarla tanışlıq Vətənə sevgimizi daha da artırır

27-03-2016, 12:00
548

http://www.azerbaijan-news.az/images/contents/5f23cb4a094ae4a821ef6e963caef519.jpg


İlk dəfədir ölkəmizin cənub bölgəsinə səfər edirəm. Səfər proqramımız çox zəngindir. Dörd gün ərzində Lənkəran, Lerik və Astara rayonları ilə yaxından tanış olmaq imkanı əldə etmişik.
Bu sözləri "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində Azərbaycanın cənub bölgəsinə təşkil edilmiş tur-aksiyanın iştirakçısı, Sumqayıt şəhərindəki 25 nömrəli tam orta məktəbin X sinif şagirdi Elçin Mehdiyev AZƏRTAC-a müsahibəsində bildirib.
E.Mehdiyev daha sonra deyib: "Regionlarla tanışlıq hər birimizin intellektual səviyyəsinin yüksəlməsində əhəmiyyətli rol oynayır, Vətənə olan sevgimizi daha da artırır, mənəvi inkişafımıza müsbət təsir göstərir. Aksiya zamanı biz həm də yaşıdlarımızla fikir mübadiləsi aparmaq imkanı qazanırıq. Bizə bu şəraiti Prezident İlham Əliyev yaradıb. Bu diqqət və qayğıya görə dövlətimizin başçısına "Çox sag olun!" deyirik".

Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: