Andrey Malaxov: "Bakı "Qran-pri"si "Formula-1" çempionatının ən yaxşı mərhələlərindən biri olacaq"

28-03-2016, 14:00
446

http://www.azerbaijan-news.az/images/contents/4fd9865bcbaa5ab06570ccb4920106af.jpg


Rusiyanın televiziya ulduzu, Birinci kanalın tanınmış aparıcısı Andrey Malaxov AZƏRTAC-a müsahibəsində deyib: "Bakıda keçirilən bütün tədbirlər həmişə öz parlaqlığı, geniş vüsətli olması ilə, şərqlilərə xas qonaqpərvərliklə fərqlənir. Mənim fikrimcə, "Formula-1" çempionatı da istisna olmayacaq".
Hər dəfə başa çatan ilə öz xanımı ilə birlikdə yekun vurduğunu bildirən televiziya aparıcısı qeyd edib ki, 2015-ci il onlar üçün Bakıda keçirilən Birinci Avropa Oyunlarına səfər etmələri ilə əlamətdar olub. A.Malaxov deyib: "Bakıda Avropa Oyunlarının açılış mərasimi olduqca zövqlü, möhtəşəm və baxımlı idi. Həyat yoldaşımla mən hər dəfə ilə yekun vururuq, yaddaşımızda iz qoymuş ən yaxşı səfərləri qeyd edirik. Bu dəfə hər ikimiz dedik ki, Bakıda Birinci Avropa Oyunlarının açılışında iştirak etməyimiz 2015-ci ildə bizim ən yaxşı səfərimiz olub. Ећübhəsiz, bu mərasim keçən ilin ən parlaq hadisələrindən biri idi".
A.Malaxovun sözlərində görə, "Formula-1" çempionatının məşhur yürüşçülərinin çoxu əmindir ki, Bakıda keçiriləcək yarışlar "Formula-1" çempionatının ən yaxşı mərhələlərindən biri olacaq. O deyib: "Məşhur yürüşçülərin fikrini eşitmiəm. Onlar Bakıda yolların keyfiyyəti barədə danışarkən vurğulayırlar ki, bu, "Formula-1" çempionatının ən yaxşı mərhələlərindən biri olacaq". Monakoda "Formula-1" yürüşlərində olmuşam. Bilirəm ki, bu yürüşlər tamaşaçılar üçün əsl bayramdır, orada bir çox məşhur şəxsləri görmək olar. Mənim fikrimcə, Bakı "Qran-pri"si növbəti idman bayramı olacaq və Bakıya dəvət olunmağı səbirsizliklə gözləyirəm".

Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: