Türkiyənin Baş naziri İordaniyada səfərdədir

28-03-2016, 17:00
467

http://www.azerbaijan-news.az/images/contents/0cee0c95cd381ce33ca7e78e49fd6786.jpg


İordaniyanın paytaxtı Əmmanda işgüzar səfərdə olan Türkiyənin Baş naziri Əhməd Davudoğlu Kral II Abdulla ilə danışıqlar aparıb.
Görüşdə İordaniya Kralı II Abdulla təsdiq edib ki, İordaniya və Türkiyə Suriya böhranının, xüsusən, bu böhranın hər iki ölkə üçün nəticələri nöqteyi-nəzərindən oxşar çağırış və təhdidlərlə üzləşir. O, iki ölkə arasında daimi əlaqələndirmələrin və məsləhətləşmələrin əhəmiyyətini vurğulayaraq bildirib ki, bu, onların ümumi mənafeyini müdafiə etməyə, Yaxın Ећərq regionunda təhlükəsizliyi və sabitliyi qoruyub saxlamağa imkan verəcək.
Hüseyniyə Sarayında keçirilən görüşdə regional problemlər, o cümlədən Suriya böhranı və onun siyasi baxımdan hərtərəfli tənzimlənməsi yolları, habelə bu böhranın, xüsusən, qaçqınlar məsələsi ilə bağlı qonşu ölkələrə təsirinin yumşaldılması imkanları müzakirə edilib. Bu kontekstdə beynəlxalq birliyin suriyalı qaçqınları qəbul edən ölkələrə, ilk növbədə İordaniyaya və Türkiyəyə münasibətdə olan öhdəliklərinə sadiq qalmasının zəruriliyi vurğulanıb.
Tərəflər Yaxın Ећərqin və dünyanın təhlükəsizliyi üçün terrorizm təhdidləri məsələlərini müzakirə ediblər. Müxtəlif regional və beynəlxalq tərəflər arasında kompleks yanaşma və daimi əlaqələndirmə çərçivəsində bu təhdidlərə qarşı mübarizədə səyləri fəallaşdırmağın əhəmiyyəti vurğulanıb.
Geniş tərkibdə görüşdə Türkiyədə törədilən terror aktlarını bir daha pisləyən Kral II Abdulla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, qardaş türk xalqına və günahsız qurbanların ailələrinə başsağlığı verib.
Danışıqlar zamanı İordaniya-Türkiyə münasibətlərinin yüksək səviyyəsi və bütün sahələrdə əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamını Krala çatdıran Baş nazir Əhməd Davudoğlu ikitərəfli münasibətlərin yüksək səviyyəsindən razılığını bildirib. O, Türkiyənin İordaniya Krallığı ilə bütün sahələrdə əməkdaşlığın möhkəmlənməsinə maraq göstərdiyini bildirib.
Elə həmin gün Ə.Davudoğlu İordaniyanın Baş naziri Abdulla Ansurla görüşüb. Görüşdə iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi məsələləri müzakirə olunub.
Baş nazirlərin ikitərəfli görüşü başa çatandan sonra Türkiyə ilə İordaniya arasında əməkdaşlıq haqqında protokollar imzalanıb.
İki ölkə arasında sosial müdafiə, sənaye, ticarət, metrologiya, meşə təsərrüfatı, aviasiya və dəmir yolu daşımaları sahələrində əməkdaşlıq haqqında sazişlər imzalanıb.
Türk Əməkdaşlıq və Əlaqələndirmə Agentliyi (TİKA) və Hicaz Dəmir Yolu İdarəsi arasında Hicaz dəmir yolu stansiyasının bərpa edilməsi barədə müqavilə imzalanıb.
"Anadolu" agentliyinin baş direktorunun müavini və baş redaktoru Metin Mutanoğlu və "Petra" dövlət informasiya agentliyinin baş direktoru Feysəl əl-Ећbul əməkdaşlıq haqqında müqavilə imzalayıblar.

Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: