İordaniya Kralı Əmmanda BMT-nin baş katibi və Dünya Bankının rəhbəri ilə görüşüb

28-03-2016, 18:00
530

http://www.azerbaijan-news.az/images/contents/6c08f2787d00afbe070507af1665c6a8.jpg


BMT-nin baş katibi Pan Gi Mun və Dünya Bankının prezidenti Cim En Kim Əmmanda İordaniya Kralı İkinci Abdulla ilə görüşüblər.
Danışıqlarda suriyalı qaçqınlara və onları qəbul edən ölkələrə kömək göstərilməsi üzrə beynəlxalq səylər, Fələstin-İsrail danışıqlarının bərpa edilməsi, Yaxın Ећərqdə vəziyyət, habelə terrorizmə qarşı mübarizədə səylərin birləşdirilməsi məsələləri müzakirə edilib.
Kral İkinci Abdulla bir daha beynəlxalq birliyə müraciət edərək Suriyadan qaçqınlar axınının artması ilə əlaqədar problemlərin həllində İordaniyaya kömək etməyə çağırıb.
Dünya Bankının rəhbəri öz növbəsində bildirib ki, İordaniyanın qarşılaşdığı iqtisadi çətinliklərin öhdəsindən gələ bilməsi üçün Bank ona tərəfdaşlıq çərçivəsində köməyi davam etdirəcək.
Tərəflər Fələstin-İsrail münasibətləri məsələsini müzakirə edərək belə bir ortaq fikrə gəliblər ki, İsrail ilə Fələstin arasında danışıqların iki dövlət prinsipi əsasında bərpa edilməsi zəruridir.
BMT-nin baş katibi və Dünya Bankının prezidenti Yaxın Ећərq turnesi çərçivəsində Əmmana səfərdən əvvəl birlikdə Livanda və İraqda da olublar.

Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: