Bankın vəzifəli şəxsi barəsində cinayət işi başlanıb

31-03-2016, 16:00
0
Жалоба

http://www.azerbaijan-news.az/images/contents/b4b467b89ce218d87e95857829e1ffb4.jpg


"Muğanbank" ASC-nin kredit departamentinin müdirinin qanunsuz əməlləri barədə Bakı Apelyasiya Məhkəməsinin xüsusi qərardadı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Araşdırma zamanı "Muğanbank" ASC-nin kredit departamentinin müdiri Samir İsmayılovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özü və ya üçüncü şəxs üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədilə vətəndaşın razılığı olmadan saxta etibarnamə əsasında ona məxsus mənzili qanunsuz olaraq bankın xeyrinə ipoteka ilə yüklü etməklə vəzifə saxtakarlığına yol verməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Mənbə: http://www.azerbaijan-news.az


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация