Azərbaycanın və Belarusun Daxili Qoşunları arasında səmərəli əməkdaşlıq münasibətləri qurulub

31-03-2016, 16:15
0
Жалоба

http://www.azerbaijan-news.az/images/contents/2104d0545b1a002fde8d0bbe82c9b391.jpg


Daxili işlər nazirinin müavini - Daxili Qoşunların (DQ) komandanı, general-leytenant Ећahin Məmmədov qoşunların Baş İdarəsində Belarus Respublikasının ölkəmizdəki səfiri Qennadi Axramoviç ilə görüşüb.
DQ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, general-leytenant Ећ.Məmmədov Azərbaycan və Belarus arasında tarixi dostluq münasibətlərinin mövcudluğundan danışıb. O, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə Belarus Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunları arasında son dövrlərdə səmərəli əməkdaşlıq münasibətlərinin qurulmasını yüksək qiymətləndirib. Ећ.Məmmədov hər iki qurumun komandanlarının rəhbərliyi ilə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini xüsusi qeyd edərək, görüşlər zamanı hərbi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində səmərəli müzakirələrin aparıldığını bildirib.
Daxili Qoşunlar komandanı iki qurum arasında mövcud olan qarşılıqlı təcrübə mübadiləsinin xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsinə böyük töhfələr verəcəyini qeyd edib.
Səfir Qennadiy Axramoviç iki ölkənin müvafiq qurumları arasında faydalı əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu deyib. O, əməkdaşlığın davam etdirilməsinin vacibliyini diqqətə çatdıraraq, təcrübə mübadiləsinin genişləndirilməsi ilə bir çox sahələrdə müsbət nəticələrin əldə ediləcəyinə ümidvar olduğunu vurğulayıb.

Mənbə: http://www.azerbaijan-news.az


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация