Dövlət qulluğuna qəbulla bağlı test imtahanları aprelin 1-dən başlayacaq

31-03-2016, 16:30
0
Жалоба

http://www.azerbaijan-news.az/images/contents/fc0f5d8f3d7330592e67634ece9f512d.jpg


Fevralın 9-dan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 5 dövlət orqanında inzibati vəzifələrin beşinci təsnifatına uyğun olan 92 vakant vəzifənin tutulması üçün elan edilən müsabiqənin ilk test imtahanı mərhələsi aprelin 1-dən başlayacaq.
Komissiyadan AZƏRTAC-a bildiriblər ki, müsabiqədə iştirak etmək üçün 2687 nəfər qeydiyyatdan keçib. Onlardan 2477 nəfəri Dövlət Statistika Komitəsinin mərkəzi aparatında olan 75 vakant vəzifə üzrə qeydə alınıb.
Vakant vəzifələr üzrə ən böyük müsabiqə vəziyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın maliyyə və təminat şöbəsində baş məsləhətçi vəzifəsi (48 namizəd) olub.
Test imtahanının qrafiki Komissiyanın internet saytında (www.dqmk.gov.az) yerləşdirilib. Qrafikdə namizədlər dövlət orqanları üzrə iddia etdikləri inzibati vəzifələr üçün nəzərdə tutulmuş test imtahanı tarixini və vaxtını aktiv etməklə öz adlarını tapa bilərlər. Komissiyada mobil telefon nömrəsi və elektron poçt ünvanı qeydə alınmış namizədlərə test imtahanının keçirilmə vaxtı barədə qısa SMS və elektron məktub göndərilib.
Test imtahanının kompyuter vasitəsilə keçirilməsini təmin etmək məqsədilə Komissiya tərəfindən hazırlanmış "Test imtahanı" sistemi ilə namizədlər rəsmi internet saytında (www.dqmk.gov.az) ətraflı tanış ola bilərlər.
İmtahanın test blokları Azərbaycan dili, tarixi, coğrafiyası, mədəniyyəti, müasir beynəlxalq münasibətləri üzrə 15, qanunvericiliklə bağlı 40, informasiya texnologiyaları sahəsində 15, məntiqi düşünmə qabiliyyətinə dair 30 test tapşırığından ibarətdir.
Namizədlərin imtahana daha yaxşı hazırlaşması üçün Komissiyanın tərtib etdiyi test imtahanı proqramları və metodiki vəsait və onların tərtib edilməsində istifadə olunan ədəbiyyat siyahısı Komissiyanın rəsmi internet saytında (www.dqmk.gov.az) yerləşdirilib.
Test imtahanı qurtaran kimi hər bir namizədə dərhal onun nəticələrini əks etdirən arayış təqdim olunacaq. Eyni zamanda, nəticələr Komissiyasının rəsmi internet saytında da yerləşdiriləcək.
Namizədlər Komissiyanın rəsmi internet saytının elektron xidmətlər bölməsi (http://exidmet.csc.gov.az/TI), həm də "Elektron hökumət" portalı (https://www.e-gov.az/az/services/read/3223 ) vasitəsilə ödənişsiz olan və real vaxt rejimində interaktiv şəkildə həyata keçirilən onlayn sınaq test imtahanları vasitəsilə test blokları üzrə biliklərini yoxlaya bilərlər.

Mənbə: http://www.azerbaijan-news.az


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация