Azərbaycan istirahət üçün rusiyalı turistlərin seçimində birincidir

31-03-2016, 16:45
0
Жалоба

http://www.azerbaijan-news.az/images/contents/eba9f0b7fbf0e30c4cf5be881ee0347f.jpg


Rusiyanın "Travel.ru" turizm saytı 2016-cı ildə MDB ölkələrində istirahət üçün perspektivli sayılan turizm istiqamətlərini müəyyənləşdirib. Reytinq son bir ildə müstəqil şəkildə dincəlməyə gedən rusiyalı turistlərin bron etdikləri otellərin və mənzillərin sayına əsasən tərtib olunub.
AZƏRTAC sayta istinadla xəbər verir ki, Azərbaycan bu il xaricdə dincələn ruslar üçün MDB-də ən yaxşı ölkə seçilib və reytinq cədvəlinə liderlik edib. Azərbaycandan başqa, Qazaxıstan, Qırğızıstan və Belarus da siyahıda yer alıb. MDB ölkələri rusiyalı turistlər üçün nisbətən ucuz qiymətlər, inkişaf etmiş infrastruktur, vizasız giriş və əsasən yerli sakinlərin rus dilində danışa bilmələri ilə cəlbedici olublar.
2015-ci ildə Azərbaycana gələn turistlərin 685 mini Rusiyanın payına düşüb. Onlar, əsasən, paytaxt Bakı, Qusar, Gəncə, Ећamaxı, Qəbələ, Naftalan, Göygöl, Xudat, Xaçmaz, Astara, Siyəzən və Lənkəranın görməli yerləri ilə tanış olublar.

Mənbə: http://www.azerbaijan-news.az


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация